lat. erosio – yuyulma, aşınma + lat. relevo – qaldırıram + lat. forma – görünüş, zahiri görkəm
Suların, buzlaqların, küləyin dağıdıcı fəaliyyəti nəticəsində əmələ gəlmiş relyef formaları.
Erozion dağlar, çay dərələri, terraslar, yarğanlar və s. E.R.F.-na misaldır.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. epidosis – artım
Silikatlar qrupuna aid monoklinik sinqoniyalı mineral.
Tək kristallar, radial şüalı, yelpikvarı və dənəli aqreqatlar əmələ gətirir. Rəngi dəmirin miqdarından asılı olaraq ağ-bozumtul, sarımtıl-yaşıl, tünd-yaşıl, yaşılımtıl və s. olur. Şüşə parıltılıdır. Metamorfik süxurlarda, xüsusilə yaşıl şistlərdə və alçaq temperaturlu skarnlarda rast gəlir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. epi – üstündə, yanında, sonra + yun. genesis – yaranma, mənşə
Süxurlarda sonradan gedən proseslər.
E. süxurlarda müxtəlif dəyişikliklərin və yeni mineralların əmələ gəlməsinə səbəb olur. Yenidən kristallaşma, konkresiyaların böyüməsi, yeni konkresiyaların zəif mineral modifikasiyaları hesabına daha davamlı modifikasiyaların əmələ gəlməsi, sementləşmə, hidratlaşma və s. proseslər E.-ə aiddir.
Coğrafiya terminləri lüğətiİslandiyada dəniz allahı Egirin adından
Piroksen qrupuna aid monoklinik sinqoniyalı mineral.
E. qələvi intruziv süxurları əmələ gətirən minerallardandır. Uzun prizmatik, sütunvarı və iynəvarı kristallar əmələ gətirir. Rəngi yaşılı-qara, yaşıl, açıq-yaşıl, bəzən qonur, qırmızımtıl-qonur olur. Rəngsiz E. də məlumdur. Şüşə parıltılıdır. Qələvi siyenitlərdə, peqmatitlərdə və qranitlərdə tapılır. Əsasən maqmatik, nadir hallarda metasomatik mənşəlidir.
Coğrafiya terminləri lüğəti