lat. columbium – kolumbium; niobiumun ABŞ-da işlənən adı
Kolumbit-tantalit qrupuna aid rombik sinqoniyalı mineral.
Qısa prizmatik və lövhəvarı kristallar əmələ gətirir. Rəngi qara, qonuru-qara, nadir hallarda qırmızımtıl-qəhvəyi olur. Peqmatitlərdə tapılır. K. niobium filizidir.
Coğrafiya terminləri lüğətilat. concretio – qatılaşma, bitişmə, sıxlaşma
Çökmə süxurlarda və ya müasir dəniz çöküntülərinin daxilində yerləşən mineral aqreqatı.
Əsasən, kürə, bəzən ellipsoid, diskşəkilli və s. formalarda rast gəlir. Quruluşuna görə radial-şüavi, konsentrik-laylı və s. olur. Əsasən, süxurlarda səpinti mineral maddələrin kristallaşmasından, bəzən də süxur daxilindəki boşluqlara mineral məhlulların dolmasından əmələ gəlir. K.-nın ölçüsü bir neçə mm-dən bir neçə m-dək ola bilir. Müxtəlif geoloji sistemlərin, həmçinin göl, dəniz və okeanların müasir çöküntülərində tapılır.
Coğrafiya terminləri lüğətifransız geoloqu P.Kordyenin adından
Rombik sinqoniyada kristallaşaraq prizmatik kristallar, qeyri-düzgün yığımlar, dənələr əmələ gətirən mineral.
Göyümtül-boz, göy, bənövşəyi və ya qonur, bəzən rəngsiz olur. Aşınmasından talk, mika və s. törəmə minerallar əmələ gəlir. Şəffaf növlərindən qiymətli daş kimi istifadə edilir.
Coğrafiya terminləri lüğətilat. correlatio – nisbət
Uyğun çöküntülərin eyniyaşlı olmasını aydınlaşdırmaq məqsədilə yaxın və ya bir-birindən aralı ərazilərin kəsilişindəki süxur laylarının müqayisəsi.
K. nəticəsində stratiqrafik sxem tərtib edilir: sol hissədə vahid stratiqrafik şkala bölgüsü, sağ hissədə isə çöküntülərin stratiqrafik sxemi göstərilir.
Coğrafiya terminləri lüğətisanskr. kuruvinda – yaqut
Triqonal sinqoniyada kristallaşaraq sütunvarı, piramida formalı kristallar, orta və xırdadənəli aqreqatlar əmələ gətirən mineral.
Rəngsiz (leykosapfir) və qatışıqlardan asılı olaraq göy (sapfir), qırmızı (yaqut), sarı (Şərq topazı), yaşıl (Şərq zümrüdü) və s. olur. Siyenitlərdə, siyenit və qneyslərin təmasında, regional metamorfik süxurlarda, törəmə kvarsitlərdə və s. rast gəlir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. kratos – güc, qala
Yer qabığının Alp qırışıqlığının dəyişdirməyə qadir olmadığı bərk sahələri.
Əsasən, iki növ olur: az qalınlıqlı sial təbəqəsi ilə xarakterizə olunan enmiş K. (okean platformaları) və qalın sial təbəqəli qalxmış K. (kontinental platformalar). “K.” terminini 1940-cı ildə alman geoloqu H.Ştille Avstriya geoloqu L.Koberin “kratogen” termininin əvəzinə işlətmişdir.
Coğrafiya terminləri lüğətiAli kateqoriyalı kristalloqrafik sinqoniya.
Bir-birinə perpendikulyar və eyni ölçü vahidinə malik üç kristalloqrafik oxla səciyyələnir. α=ß=γ=90°, a=b=c. K.S. kristallarında məchul həndəsi sabit yoxdur. K.S. kristallarının fəza şəbəkəsində elementar özək kubdur. 5 sinfi var. Bunların hər birində 4 üçlük simmetriya oxunun (4L3) iştirakı zəruridir. K.S. kristalları elektrik və istilikkeçirmələrinə, həmçinin optik xassələrinə görə izotropdur.
Coğrafiya terminləri lüğəti