Su hövzəsinin yatağının və ya suaxarı məcrasının narın qeyri-üzvi və üzvi çöküntülərlə dolması.
L. su hövzələrinin dayazlaşmasına, həcminin kiçilməsinə səbəb olur. L.-nin qarşısının alınması üçün xüsusi texnikadan (torpaqqazıyan maşınlardan) istifadə olunur, sahil zonada meşə zolaqları salınır.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. limen – buxta
1. Dəniz suyunun düzənlik çayının mənsəbini basması nəticəsində əmələ gələn körfəz.
L. sahil xəttinin çökdüyü sahələrdə yaranır, dənizə açıq, yaxud ensiz zolaqla onunla birləşmiş olur. L.-lardan gəmiçilikdə geniş istifadə edilir, onların ətrafında sürətlə inkişaf edən şəhərlər salınır.
2. Hər hansı su hövzəsinin sahilində gəmilərin dayanması, yüklənməsi, boşaldılması üçün müvafiq infrastruktura və avadanlığa malik məntəqə.
L.-da yük gəmilərinin yan alması üçün körpülər (ticarət L.-ı), sərnişin vağzalı (sərnişin L.-ı), böyük anbarlar, təmir üçün doklar və s. olur. Onlar dəniz və çay L.-ları olaraq iki qrupa bölünür. Hərbi gəmilər üçün nəzərdə tutulmuş L. isə hərbi-dəniz bazası adlanır. Dünyanın ən böyük L. şəhərlərinə Rotterdam (Niderland), Marsel (Fransa), Antverpen (Belçika), Hamburq (Almaniya), Şanxay (Çin), Sinqapur (Sinqapur), Nyu-Orlean (ABŞ), Osaka (Yaponiya) və s. misal ola bilər.
Coğrafiya terminləri lüğətiyun. limne – göl, bataqlıq + yun. logos – elm, təlim
Qurunun hidrologiyası elminin gölləri, su anbarlarını, bataqlıqları öyrənən bölməsi.
L. həmin su hövzələrinin hidroloji, fiziki-kimyəvi, meteoroloji xüsusiyyətlərini, bioloji şəraitini tədqiq edir və bu tədqiqatlarda hidrologiya, geomorfologiya və digər elmlərin metodlarından istifadə edir. Son tarixi dövrdə quru su hövzələrinin çirkləndirilməsi ilə əlaqədar olaraq suyun keyfiyyətinin qiymətləndirilməsi, proqnozu və mühafizəsi L.-da əsas istiqamətlərdən birinə çevrilib.
Coğrafiya terminləri lüğətiital. lipari – ilk dəfə aşkar edildiyi Lipar adalarının adından
Effuziv dağ süxuru.
Tərkibinin 50%-dən 100%-ə qədəri vulkan şüşəsindən ibarətdir. L.-ə bütün vulkanik sahələrdə rast gəlinir, o, maqmatik süxurların mühüm tərkib hissəsidir. Yer səthində lay, günbəz və s. mürəkkəb formalarda örtük yaradır. L.-dən çınqıl, bəzi növlərindən üzlük daşlar istehsalında istifadə edilir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətilat. licentia – icazə
Təbii sərvətlərdən istifadə etmək, bəzi sahələrdə iqtisadi fəaliyyətlə məşğul olmaq, xarici ticarət əməliyyatları aparmaq, hər hansı fəaliyyətin, elmi-texniki nailiyyətin ekoloji standartlara uyğunluğunu nəzarətdə saxlamaq üçün dövlət orqanları tərəfindən verilən xüsusi icazə və bu icazəni təsdiqləyən sənəd.
Coğrafiya terminləri lüğətiyun. lithos – daş + yun. genesis – mənşə
Çöküntülərin və çökmə süxurların əmələ gəlməsi, dəyişikliyə uğraması proseslərinin məcmusu.
Bir sıra faydalı qazıntıların, o cümlədən daş kömür, neft, təbii yanar qaz, filiz, boksit, fosforit yataqlarının yaranması məhz L. nəticəsində baş verir.
Coğrafiya terminləri lüğətiyun. lithos – daş + yun. logos – elm, təlim
Müasir çöküntülər, çökmə süxurlar, onların mənşəyi, tərkibi, quruluşu və Yer kürəsində paylanması qanunauyğunluqlarını tədqiq edən elm sahəsi.
Petroqrafiyanın mühüm tərkib hissəsidir. Müasir L. stratiqrafiya, tektonika, paleocoğrafiya, geokimya, iqlimşünaslıq, biologiya, riyaziyyat və s. elm sahələri ilə sıx əlaqədə inkişaf edir. L.-nın başlıca metodları petroqrafik, mineraloji, kimyəvi, fasial analiz, habelə müqayisəli-litoloji metoddur.
Coğrafiya terminləri lüğətilat. litoralis – sahil, sahilboyu
Dünya okeanının dibinin çəkilmə zamanı ən aşağı, qabarma zamanı ən yuxarı su səviyyələri arasında qalan hissəsi.
Bu sahilboyu zonanın dərinliyi 200 m-ə qədərdir. Böyük litoral zonalar iki hissəyə bölünür: eulitoral (ən yüksək qabarma səviyyəsindən 50 m dərinliyədək) və sublitoral (200 m dərinliyədək). Süxurların xüsusiyyətindən asılı olaraq gilli, qumlu, daşlı və qayalı L.-ı fərqləndirirlər. Bu zonada məskunlaşmış canlılar həm suda, həm də quruda qalmağa, temperatur fərqlərinə, işığın miqdarının kəskin dəyişməsinə uyğunlaşıblar.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiLitoral zonada toplanmış, qabarma zamanı suyun altında qalan, çəkilmə zamanı üzə çıxan çöküntülər.
Materik və dəniz mənşəli olan L.Ç. böyük müxtəlifliyi və qısa müddət ərzində çöküntülərin bir tipinin başqa tiplə əvəz edilməsi ilə xarakterizə olunur. L.Ç., əsasən, daş, çınqıl, qum, lil və üzvi qalıqlardan (balıqqulağı qırıntıları və s.) ibarətdir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. lithos – daş + yun. sphaira – kürə, təbəqə
Yer qabığını və mantiyanın astenosferədək olan üst qatını əhatə edən bərk təbəqə, örtük.
L.-in qalınlığı Yerin ayrı-ayrı sahələrində müxtəlif olur və kəskin dəyişir. Materiklərin altında o, qalın (məs.: Himalay dağlarında 90-100 km), okeanların altında nazikdir (məs.: Sakit okeanda bəzən 5-10 km). Konkret sahədə L. qalınlığını seysmik dalğaların sürətinə əsasən müəyyənləşdirirlər: astenosferə çatdıqda dalğaların sürəti azalır və bu, süxurların plastikliyinin dəyişdiyini göstərir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti