Əsasən, Asiyanın şərqində, cənub-şərqində, mərkəzində, şimalında, İndoneziyada, Amerikanın şimalında yayılmış irq, Yer kürəsində üç əsas insan irqindən biri.
M.İ.-nə mənsub insanlar boyu, sifət quruluşu, dərisinin rəngi, saçlarının formasına görə başqalarından seçilirlər.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. monos – bir + yun. genos – yaranma + lat. Vulcanus – qədim romalılarda od və dəmirçilik tanrısı
Birdəfəlik püskürmə nəticəsində yaranmış vulkan.
M.V.-da lava axını qısa müddət ərzində, yaxud fasiləsiz olaraq uzun müddət ərzində baş verə bilər. Qısamüddətli püskürmə nəticəsində yaranmış M.V.-nın zirvəsində heç də həmişə krater olmur.
Coğrafiya terminləri lüğətiMoren tirələri və qalaqları arasında yaranmış çökəklikdə əmələ gələn göl.
Belə göllər, əsasən, Kaynozoy erasının Antropogen dövründə sonuncu buzlaşma mərhələsində yaranıb. M.G.-lərinə daha çox Skandinaviya yarımadasında, Rusiyanın şimalında və Kanada ərazisində rast gəlinir. Rusiyada Ladoqa, Oneqa, Çud, Finlandiyada Saymaa, İnari, ABŞ və Kanada sərhədində yerləşən Böyük Göllər də M. (buzlaq) mənşəlidir.
Coğrafiya terminləri lüğətiyun. morphe – forma + yun. metron – ölçü
1. Yer səthində relyef formalarının kəmiyyət göstəricilərinin (sahə, həcm, hündürlük, dərinlik, şaquli-üfüqi əyrilik, çay şəbəkəsinin sıxlığı və s.) müəyyən edilməsi üsullarını öyrənən elm sahəsi, geomorfologiyanın bir bölməsi.
2. Yer səthində relyef formalarının ölçülərinin, kəmiyyət xarakteristikasının müəyyənləşdirilməsi prosesi.
Ən mühüm xarakteristik göstəricilərə dərinlik (su hövzələrinin dibi ilə onların arasını kəsən yüksəkliklərin maksimal fərqi) və relyefin parçalanma dərəcəsi (alçaq və hündür sahələrin bir-birini əvəzləmə tezliyi) daxildir.
Coğrafiya terminləri lüğətiyun. morphe – forma + yun. sculptura – oyma
Relyefin ekzogen proseslərin təsiri altında formalaşmış nisbətən kiçik elementləri.
Küləyin, buzlaqların, dalğaların və s.-nin yaratdığı M.-lar morfostrukturları mürəkkəbləşdirir, onlarda əlavə detallar əmələ gətirir. M. terminini 1946-cı ildə rus akademiki İnnokenti Gerasimov elmə daxil edib.
Coğrafiya terminləri lüğətiyun. morphe – forma + yun. structura – quruluş
Materik səthinin və okean dibi relyefinin iri, endogen mənşəli geoloji strukturlara uyğun gələn elementləri.
M.-a aiddir: materiklərin platforma sahələrində – sinekliz, antekliz, qrabenlər; geosinklinal sahələrdə – antiklinal, sinklinallar; okean dibi sahələrində – sualtı vulkan konusları, sıra dağlar, okean çökəklikləri. M. terminini 1946-cı ildə rus akademiki İnnokenti Gerasimov elmə daxil edib.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətilat. migratio – köçürmə
İlin fəslindən asılı olaraq hər hansı fəaliyyətin icrası üçün əlverişli təbii, iqtisadi şərait yaranan yerlərə əhalinin müvəqqəti miqrasiyası.
M.M. maldarlıqla məşğul olan əhali, həmçinin iqtisadi cəhətdən çox zəif inkişaf etmiş zonalar üçün daha səciyyəvidir. Ölkədaxili və ölkəxarici M.M. formaları fərqləndirilir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti1. Tabelikdə olan ərazinin, inzibati ərazi vahidinin (vilayət, ölkə) qanunlarla təsbit olunmuş özünüidarəetmə, dövlət idarəçiliyinə aid məsələləri qismən və ya tam həcmdə müstəqil həll etmək hüququ; məs.: muxtar respublika, muxtar vilayət.
2. Tabelikdə olan müəyyən təsərrüfat subyektlərinin öz iqtisadi fəaliyyətinə dair məsələləri bu və ya digər dərəcədə müstəqil həll etmək hüququ.
İqtisadi M. təsərrüfat subyektlərinə inzibati ərazi, yaxud sahə bölgüsü prinsipi üzrə, həmçinin digər əsaslarla verilə bilər.
Coğrafiya terminləri lüğətiər. – mövsüm
Troposferin alt hissəsində böyük sahələrdə atmosfer təzyiqi arasında fərq nəticəsində yaranan mövsümi hava axını, külək.
Yay və qış M.-u mövcuddur. Yay M.-u okeandan quruya doğru əsir və bol rütubət gətirir. Qış M.-u qurudan okeana doğru hərəkət edir və quraqlıq yaradır. M.-lar, əsasən, Şərqi, Cənubi və Cənub-Şərqi Asiya üçün xarakterikdir. Zəif formada M.-lara Afrika, Cənubi Amerika və Avstraliyanın məhdud ərazilərində də rast gəlinir.
Coğrafiya terminləri lüğəti