lat. navigatio – gəmi ilə üzürəm
1. Hərəkət edən obyektin bir yerdən başqa yerə çatması üçün yol seçməyin və optimal marşrut yaratmağın üsullarını öyrənən elm.
N. elminin müxtəlif sahələri var: dəniz N.-sı (gəminin su hövzəsində istiqamət və marşrutunun müəyyənləşdirilməsi); aeronaviqasiya və kosmik naviqasiya (uçuş aparatlarının fəzada yolu və marşrutunun müəyyənləşdirilməsi); avtomobil N.-sı (şoselərə, xəritələrə, elektron qurğuların məlumatlarına əsasən yolun seçilməsi və marşrutun qurulması); astronomik N. (göy cisimlərinin şüalandırdığı işıq və radiodalğaları vasitəsilə koordinatların və istiqamətin müəyyənləşdirilməsi); peyk N.-sı (peyklərdən alınan informasiya əsasında yerin, hərəkət istiqamətinin və marşrutun müəyyənləşdirilməsi); radionaviqasiya (radiotexnik qurğular vasitəsilə hərəkət edən obyektlərin idarə olunması); yeraltı N. (xüsusi avadanlıqlar vasitəsilə qazma komplekslərinin yeraltı hərəkət istiqaməti və marşrutlarının müəyyənləşdirilməsi); bionaviqasiya (canlı orqanizmlərin müəyyən davranışlarına görə istiqamətin və marşrutun seçilməsi) və s.
2. Hərəkət edən hər hansı obyektin bir yerdən başqa yerə çatması üçün yolun seçilməsi və optimal marşrutun yaradılması prosesi.
Bu proses, adətən, üç mərhələdən ibarət olur: koordinatların müəyyənləşdirilməsi, istiqamət və yolun seçilməsi, hərəkətin düzgünlüyünə nəzarət.
3. Müəyyən ərazidə iqlim şərtlərindən asılı olaraq hərəkətin mümkün olduğu zaman kəsiyi.
Şimal dənizlərində gəmi N.-sı yalnız qısa yay aylarında mümkündür.
Coğrafiya terminləri lüğətitürk. nafta – süzülən, axıb gedən
Yerin dərinliklərindəki neftin ümumi həcmi, bütün yataqların ümumi tutumu.
Adətən, N.E. deyərkən məhz sənaye ehtiyatları, yəni aşkar edilmiş yataqlardan müasir texnologiyaların köməyi ilə səthə çıxarılması mümkün olan neftin miqdarı nəzərdə tutulur. Azərbaycanın ən böyük N.E. Abşeron yarımadasında, Xəzər dənizinin şelf zonasında, Bakı və Abşeron arxipelaqlarındadır.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiXam neftdən neft məhsulları – yanacaq, sürtkü və elektroizolyasiya materialları, yol örtükləri və s. – istehsal edən emal sənayesi.
İlkin (birinci) emal prosesində neft qatışıqlardan təmizlənir və tərkib hissələrinə (benzin, kerosin, mazut və s.) ayrılır, onların bəziləri müəyyən minerallarla qarışdırılır. Təkrar (ikinci) emal prosesində onun komponentlərinin strukturu dəyişdirilir və sintetik kimya məhsullarının (rezin, kauçuk, plastmas, yuyucu vasitələr, gübrələr və s.) hazırlanması üçün xammal əldə edilir. N.E.S.-ndə hətta neftin tullantılarından da istifadə olunur; məsələn, onlardan koks, sulfat turşusu hazırlanır.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiXam neftin axtarışı, çıxarılması, nəqli, anbarlara yığılması, satışı, habelə neft qazının (səmt qazı) yığılması ilə məşğul olan iqtisadiyyat sahəsi.
Faktik olaraq N.S. bir çox istehsal və xidmət sahələrini özündə birləşdirən mürəkkəb xalq təsərrüfatı kompleksidir. Enerji mənbəyi kimi çox mühüm təbii faydalı qazıntı olan neftin Azərbaycanda istehsalına qədim zamanlardan başlanıb, ancaq N.S. XIX əsrin sonlarından etibarən formalaşmağa başlayıb.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiNeftin müəyyən ərazidə Yer qabığının məsaməli mühitində təbii yığımı.
N.Y. bir neçə min km2-dən bir neçə mln. km2-dək yeraltı sahəni əhatə edə bilər. N.Y.-ları əsas etibarilə çökmə süxurların – qum, qumdaşı, əhəngdaşı və s. – məsamə və çatlarında, nadir hallarda maqmatik süxurlarda (məs.: Azərbaycanda “Muradxanlı” neft yatağı) neft və qazın toplanması nəticəsində əmələ gəlir. Belə yataqlar saxladıqları neftin həcmindən asılı olaraq kiçik (10 mln. tonadək), orta (10-100 mln. ton), iri (100 milyon-1 mlrd. ton), nəhəng (1-5 mlrd. ton), unikal (5 mlrd. ton və daha artıq) hövzələrə bölünür. Unikal yataqlara Səudiyyə Ərəbistanının Qavar və Küveytin Burqan hövzələrini misal göstərmək olar.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiing. neck – boyun, boğaz
Vulkan kanalının yuxarı hissəsində bərkimiş və denudasiya nəticəsində Yer səthinə çıxmış sütunvarı maqmatik kütlə.
N.-in en kəsiyi diametri bir neçə metrdən 1,5 km-ə qədər çatan girdə, oval, yaxud qeyri-düzgün qapalı əyri formasında olur. N.-lər filizlə zəngin strukturlardır.
Coğrafiya terminləri lüğətiyun. nektos – üzən, üzəyən
Su axınının müqavimətinə davam gətirərək uzaq məsafələrə üzə bilən fəal su heyvanları.
Kalmarlar, balinakimilər, pərayaqlılar, su ilanları, su tısbağaları və pinqvinlər N.-lara aiddir. N.-lar üçün sürüşkən bədən forması və inkişaf etmiş hərəkət orqanları xarakterikdir. Suyun səthində yaşayan xırda canlılar (məs.: planktonlar) onların əsas qidasını təşkil edir.
Coğrafiya terminləri lüğətiyun. neo – yeni + yun. biontos – yaşayan
Hər hansı əraziyə kənardan gətirilən bitki (neofitlər) və heyvan növləri (neofillər).
N.-ı insan tərəfindən gətirilən N.-a (antrobiontlar) və təbii amillərlə (su daşqınları və axınları, külək və s.) gətirilən N.-a ayırırlar.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. neos – yeni + yun. genos – yaş
Yerin geoloji tarixində Kaynozoy erasının ikinci dövrü.
Təxminən 23,03 mln. il əvvəl başlanıb, 2,58 mln. il əvvəl bitib. N. iki epoxaya bölünür: Miosen (təxminən 17,5 mln. il davam edib) və Pliosen (təxminən 3 mln. il davam edib). N. terminini 1853-cü ildə Avstriya geoloqu Martin Hörnes elmə daxil edib. Dünyanın böyük dağ sistemləri – And, Kordilyer, Qafqaz, Himalay – bu dövrdə yaranıb.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. neos – yeni + yun. lithos – daş
Qədim Daş əsrinin son dövrü.
Təxminən e.ə. 9-3-cü minillikləri əhatə edir. N. dövrü insanların daş alətləri cilalamağı, deşməyi öyrəndikləri, heyvanları əhliləşdirdikləri, dulusçuluğun, əkinçiliyin yarandığı dövrdür. Yerin geoloji tarixində bütünlüklə Kaynozoy erasının Dördüncü dövrünün Holosen epoxasına təsadüf edir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. neos – yeni + yun. tektonika – tikili
Geotektonika elminin Yer qabığında ən yeni struktur dəyişikliklərini öyrənən bölməsi.
Bu elm sahəsi Kaynozoy erasının üçüncü dövrü olan və hələ davam edən Antropogen dövrdə baş vermiş tektonik hərəkətləri və onların yaratdığı relyef formalarını araşdırır. N.-nın metodik əsasları 1930-40-cı illərdə rus alimləri tərəfindən formalaşdırılıb. Lakin Oksford lüğətlərində onların yalnız 1950-ci illərdə Avropanın elmi mərkəzlərində qəbul olunduğu göstərilir.
Coğrafiya terminləri lüğəti