Vulkan püskürməsi nəticəsində səthə çıxan maqmanın soyuması və kristallaşması nəticəsində əmələ gələn süxurlar.
P.S. maqmatik süxurların bir növüdür, onlar, adətən, məsaməli, nisbətən yumşaq və yüngül olur: məsələn, obsidian, tuf, vulkanik şüşə, pemza. P.S.-dan tikinti (tuf, labradorit), izoləedici, abraziv materiallar kimi və s. məqsədlərlə istifadə edilir.
Coğrafiya terminləri lüğətiyun. pegma, pegmatos – bəndetmə, əlaqə
Əsasən, iridənəli süxur.
Damar, linza, yuva və ştokabənzər formalar əmələ gətirir. P. bir çox faydalı qazıntının mənbəyidir. “P.” terminini ilk dəfə 1801-ci ildə fransız alimi R.J.Hayui P.-də tez-tez təsadüf edilən yəhudi daşı üçün işlətmişdir.
Coğrafiya terminləri lüğətiyun. porphyreos – tünd-qırmızı
Porfir quruluşlu turş paleotip effuziv süxurların ümumi adı.
Bu süxurlar qələvi çölşpatı, turş plagioklaz, kvars, biotit, nadir hallarda hornblend fenokristalları, mikrofelzit və ya minerallardan ibarət əsas kütlə ilə xarakterizə olunur. Bəzən əsas kütlə şüşədən və ya kristallaşmış şüşədən ibarət olur. Adı Qədim Romada bəzək və heykəllər üçün geniş istifadə olunan xüsusi qırmızı süxurdan (antik P.) götürülmüşdür.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. pyr – od + yun. xenos – yad, özgə; piroksenləri maqmatik süxurlar üçün yad hesab edən fransız alimi R.J.Haui adlandırmışdır
Geniş yayılmış süxur əmələ gətirən mineral qrupu.
P. prizmatik, iynəvarı kristallar, dənəli, druz formalı aqreqatlar əmələ gətirir. Maqmatik, kontakt-metasomatik və metamorfik süxurlarda olur. P. aşınma nəticəsində montmorillonit və s. minerallara çevrilir. P.-in şəffaf növləri qiymətli daşdır.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiilk dəfə tapıldığı Pennin Alp dağlarının adından
Xloritlər qrupuna aid monoklinik sinqoniyalı mineral.
Mikaya oxşayan hamar kristallar, pulcuqlu kütlələr və s. əmələ gətirir. Rəngi yaşıl, qaramtıl-yaşıl, xromla zəngin növləri çəhrayı, bənövşəyi və ya al-qırmızı olur. Metamorfik süxurlarda geniş yayılmışdır.
Coğrafiya terminləri lüğətiyun. pyrites lithos – hərf. odçıxaran daş; pyr – od; adı piritin zərbə təsirindən qığılcım verməsi ilə əlaqədardır
Kubik sinqoniyada kristallaşaraq kub, pentaqon-dodekaedr formalı kristallar, druzlar, dənəli sal kütlələr əmələ gətirən mineral.
Rəngi bürüncü-sarı olur. Hidrotermal yataqlarda yayılmışdır.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiDərin metamorfizm nəticəsində çökmə süxurlardan (qumdaşı və gilli şistlərdən) əmələ gəlmiş qneys.
P. ilkin materialına görə maqmatik süxurlardan törənmiş ortoqneys süxurlardan fərqlənir. “P.” terminini ilk dəfə 1891-ci ildə alman alimi P.Rozenbuş təklif etmişdir.
Coğrafiya terminləri lüğəti