Bütünlüklə, yaxud, əsasən, dağ süxurları və mineral qırıntılarının toplanması nəticəsində əmələ gələn süxurlar.
Q.Ç.S. arasında həm bərk, həm kövrək süxurlar var. Onların bəzi növlərinin formalaşmasında (məsələn, üzlük daşları hazırlanan Q.Ç.S.-da) üzvi maddələr də iştirak edir. Q.Ç.S. ölçülərinə görə qruplaşdırılır. Kobud çökmə süxurları təşkil edən qırıntıların ölçüsü 1 mm-dən artıq, qumlu, tozvarı, gilli çökmə süxurları təşkil edən qırıntıların ölçüsü isə 1 mm-dən 0,005 mm-dək olur.
Coğrafiya terminləri lüğətiYer planetində nəsli kəsilmək təhlükəsinə məruz qalan heyvan və bitki növlərinin adının salındığı kitab.
Q.K.-da təsvir edilən canlılar dövlətlər tərəfindən qorunur. İlk dəfə Q.K. 1966-cı ildə Təbiətin və Təbii sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq İttifaq tərəfindən hazırlanıb, sonra isə milli, regional Q.K. yaradılıb. Q.K.-lar dövri olaraq təzələnir: yox olmaq təhlükəsindən xilas edilmiş canlılar nəsli kəsilməkdə olan digər heyvanlar və bitkilərlə əvəzlənir.
Coğrafiya terminləri lüğətiŞaxtalı, aydın küləksiz gecələrdə mənfi temperaturadək soyuyan Yer səthinin, bitkilərin, əşyaların üzərinə çökmüş buz kristalları, bərk atmosfer çöküntüsü növü.
Şaxtanın dərəcəsindən asılı olaraq Q. prizma, lövhəcik, yaxud iynə forması alır. Q. effektiv şüalanma prosesində buxarın havadan da çox soyumuş səthlə, əşyalarla təmas zamanı sublimasiyaya uğraması nəticəsində yaranır.
Coğrafiya terminləri lüğətiŞimal yarımkürəsində təqvim üzrə ilin dekabr, yanvar, fevral aylarını, astronomik cəhətdən isə qış gündönümü (22 dekabr) ilə yaz gecə-gündüz bərabərliyi (21 mart) arasındakı dövrü əhatə edən fəsil.
Cənub yarımkürəsində Q. yay gündönümü (21 iyun) ilə payız gecə-gündüz bərabərliyi (23 sentyabr) arasındakı fəsildir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiYerin Şimal yarımkürəsində ən qısa gün, ən uzun gecənin bərqərar olduğu gün.
Həmin andan gecələr qısalmağa, günlər uzanmağa başlayır. Q.G. hər ilin 22 dekabrına təsadüf edir. Bu zaman günəş ekvatordan cənuba doğru daha çox meyil edir və 23,5° cənub enliyi üzərində zenitə qalxır. Həmin enlikdə yerləşən cisimlərin kölgə uzunluğu olmur. Ekvator xəttindən şimalda qalan bütün ərazilərdə astronomik qış fəsli, əks yarımkürədə isə yay fəsli başlayır.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiMal-qaranın qışladığı ərazi, otlaq sahəsi.
Q.-lar maldarlıq və qoyunçuluğun formalaşması prosesində meydana çıxıb. Mal-qara soyuq aylarda iqliminin nisbətən mülayimliyi, yem ehtiyatının bolluğu və örüşlərinin genişliyi ilə fərqlənən Q.-da saxlanılır və artırılır. Azərbaycanda Qarabağ, Mil, Muğan, Şirvan düzlərində və s.-də qədim Q.-lar yerləşir.
Coğrafiya terminləri lüğəti