fr. global – ümumi
Yer kürəsində XX əsrin əvvəllərindən etibarən müşahidə edilən orta illik temperatur səviyyəsinin yüksəlməsi.
Planetin orta illik temperaturu dünyanın bütün meteostansiyalarının məlumatları əsasında hesablanır. Hesabatlar göstərir ki, 1905-ci illə müqayisədə növbəti yüzillikdə temperatur 0,86°C artıb. Tendensiyanın uzun müddət dəyişmədiyini nəzərə alsaq, bu, kifayət qədər ciddi fərqdir. Lakin artım eyni sürətlə baş vermir; məsələn, 1990-cı illərdə o, xeyli sürətlənib, 2000-ci illərdə, əksinə, yavaşıyıb. Dünya elmi Q.İ.-nin əsas səbəbini atmosfer tullantılarının çoxalmasında və sıxlaşan karbon qazının Yer ətrafında parnik effekti yaratmasında görür. Bu prosesin qarşısını almaq üçün əlavə mühəndis qurğuları (təmizləyici stansiyalar və s.) tikmək, iqtisadiyyatda böyük yeniliklər həyata keçirmək, məsələn, alternativ energetikanı inkişaf etdirmək planlaşdırılır. Ümumdünya Energetika Assosiasiyasının hesabatına görə, 2030-cu ildə alternativ energetikaya investisiya qoyuluşunun həcmi 400 mlrd. dollara çatdırılacaq ki, bu da atmosferə zərərli tullantıları ildə 1,1 mlrd. ton azaltmağa imkan verəcək.
Coğrafiya terminləri lüğətiing. “global village” ifadəsinin hərfi tərcüməsi; fr. global – ümumi + lat. globus – kürə
Elektron medianın və informasiya texnologiyalarının sürətli inkişafı nəticəsində dünyanın kiçilərək vahid bir(gə) yaşayış məntəqəsinə çevrildiyini əks etdirən ifadə.
Q.K. termini ilk dəfə məşhur kanadalı filosof, kulturoloq və kütləvi kommunikasiya üzrə nəzəriyyəçi-alim Herbert Marşal Makluhanın 1962-ci ildə dərc olunmuş “Quttenberq qalaktikası” əsərində işlədilib.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətifr. global – ümumi + lat. globus – kürə
Dünyanın iqtisadi, siyasi, mədəni və dini baxımdan inteqrasiyası, ahəngləşməsi prosesi.
1985-ci ildə Şotlandiyanın Aberdin universitetinin professoru, amerikalı sosioloq Roland Robertsonun Q.-ya verdiyi izah hazırda bu terminin dünyada ən geniş yayılmış tərifidir: “Qloballaşma – müxtəlif beynəlxalq əhəmiyyətli faktorların (məsələn, sıx iqtisadi, siyasi və mədəni əlaqələrin, informasiya mübadiləsinin) ayrı-ayrı ölkələrdə sosial gerçəkliyə getdikcə artan təsiridir”.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətilat. globus – kürə
Yerin çox kiçik miqyasda kürə formasında modeli.
Xəritələrdən fərqli olaraq Q.-da təhrifə, demək olar, yol verilmir və miqyas hər yerdə eyni qalır. Miqyasına görə Q.-lar 3 yerə bölünür: böyük miqyaslı (1:30 000 000), orta miqyaslı (1:50 000 000) və kiçik miqyaslı Q.-lar (1:83 000 000). İndiyədək saxlanılmış ən qədim Q. 1492-ci ildə alman alimi Martin Behaym tərəfindən hazırlanıb. O öz Q.-nu “Yer alması” adlandırıb. Lakin Q.-ların tarixi daha qədimdir; məsələn, Şərq dünyasında ilk Q.-u XI əsrdə özbək alimi Əbu Reyhan əl-Biruni yaradıb. Relyef, eləcə də göy qübbəsini, səma cisimlərini göstərən Q.-lar da var.
Coğrafiya terminləri lüğətifr. global – ümumi + lat. globus – kürə + lat. localis – yerli
İqtisadi, sosial, mədəni inkişaf fonunda, sərhədsiz informasiya kanallarının formalaşdırdığı şəraitdə qlobal proseslərin yerli xüsusiyyətlərə və mədəniyyətə uyğunlaşdırılması.
Geniş mənada Q. ictimai təfəkkürdə iki meylin – xalqların öz milli xüsusiyyətlərini qorumaq, eyni zamanda qlobal proseslərdən kənarda qalmamaq meyillərinin sintezidir. Q. terminini elmə XX əsrin 90-cı illərində amerikalı sosioloq Roland Robertson daxil edib.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətilat. glacies – buz + yun. logos – söz, elm, təlim
Buzlaqlar haqqında elm.
Q. buzlaqların yaranma şəraiti və xüsusiyyətini, inkişafını, geoloji və geomorfoloji fəaliyyətini, quruluşunu və fiziki xassələrini, Yer kürəsində coğrafi yayılmasını və s.-ni öyrənir. Buzlaqlar haqqında ilk elmi araşdırmalar 1546-cı ilə təsadüf edir. Alman alimi Sebastyan Münster öz traktatında Alp buzlaqlarının təsvirini verib. Müstəqil elm sahəsi kimi isə Q. XVIII-XIX əsrlərdə formalaşıb.
Coğrafiya terminləri lüğətialm. gneis – qığılcım, qığılcımlanmaq
Yüksək temperatur və təzyiq altında formalaşan metamorfik dağ süxuru.
Q. Yer kürəsində ən geniş yayılmış süxurlardan biridir, zolaqlı struktura malikdir; əsasən, kvarsdan, çölşpatları və mikadan ibarət olur. Qədim Q. yataqlarından ən məşhuru Kanada ərazisində yerləşən Akasta boz Q. yatağıdır. Onun yaşı 3,9 milyard ildir. Q.-lərə platformaların qalxmış hissələrində daha tez-tez təsadüf olunur (Baltik, Kanada, Ukrayna qalxanlarında və s.).
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiMüvəqqəti və ya daimi axar suların əmələ gətirdiyi, bəzənsə tektonik proseslər nəticəsində yaranan mənfi relyef forması, uzun dərə.
Q.-nun uzunluğu bir neçə km, dərinliyi isə 10-15 m və daha artıq ola bilər. İnkişafının son mərhələsində o, yarğana çevrilir. Q.-lar daha çox arid iqlimə malik ərazilərdə inkişaf edir.
Coğrafiya terminləri lüğətiMülayim qurşaqların yarımsəhra, çöl və qismən dağlıq ərazilərində yayılmış torpaq tipi.
Dağ-meşə Q.T.-a, əsasən, iynəyarpaqlı və qarışıq meşə sahələrində rast gəlinir, onların tərkibində humus 5-10% təşkil edir. Bu torpaqlarda tütün, üzüm, taxıl və tərəvəz yetişdirilir. Lənkəran vilayətində yağıntıların çox olması ilə əlaqədar dağ-meşə Q.T.-ı geniş sahə tutur. Yarımsəhra-çöl Q.T. – quraq iqlimə və zəif inkişaf etmiş bitki örtüyünə malik ərazilərin torpağıdır, onların tərkibində humus 0,3-2% təşkil edir. Bitki örtüyü, əsasən, humusəmələgətirmə qabiliyyəti çox məhdud olan çoxillik kol və yarımkol bitkilərindən ibarətdir. Bu torpaqların əsas massivi Xəzər və Aral dənizlərinin şimal sahillərində, Qazaxıstan xırda təpəliyinin cənub hissəsində yerləşib. Yarımsəhra-çöl Q.T.-ından otlaqlar kimi istifadə edilir, meliorativ tədbirlər görüldükdə orada bostan və taxıl bitkiləri əkilir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiTəbii şəraitinə, bitki və heyvanlar aləminə, tarixi əhəmiyyətinə görə elm, mədəniyyət, təsərrüfat üçün müstəsna əhəmiyyət kəsb edən, dövlət tərəfindən mühafizə olunan sahə.
Q.-da təbii sərvətlərdən istifadə etmək və onların təbii tarazlığını pozmaq qəti qadağandır. Q.-ların yaradılmasında məqsəd nəsli kəsilməkdə olan heyvan, bitki növlərini, mövcud təbii mühiti qorumaq, habelə mineral sərvətləri, estetik gözəlliyə malik təbiət abidələrini, tarixi tikililəri mühafizə etməkdir. Q.-da elmi-tədqiqat işləri, müşahidələr və təcrübələr aparılır. Dünyada ümumi sahəsi 4 mln. km2 olan 2600-dən çox Q. yaradılıb. 2015-ci ilə olan məlumata görə, Azərbaycanda 18 dövlət Q.-u fəaliyyət göstərir, onlardan ən böyükləri Qızılağac, Zaqatala, Şirvan, Türyançay, Hirkan və Qobustan Q.-larıdır.
Coğrafiya terminləri lüğəti