Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

rütubət

Fiziki cisimlərdə, mühitdə suyun miqdarı.

R. atmosferdəki nisbi R.-dən, mühitin təbiətindən, bərk cisimlərin məsaməlilik dərəcəsindən və s.-dən asılıdır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

rütubət dövranı

Atmosferlə Yer səthi arasında daimi rütubət mübadiləsi.

R.D. suyun buxarlanması, buxarın atmosferdə bir yerdən başqa yerə aparılması, kondensasiyası, yağıntıların düşməsi və bu kimi proseslərdən ibarətdir.

Coğrafiya terminləri lüğəti

rütubətli tropik meşə

Ekvatorun hər iki tərəfində, şimal və cənub tropikləri arasındakı qurşaqda həmişəyaşıl, rütubətli meşə.

R.T.M.-lər – müntəzəm yağış düşən (illik miqdarı 2000-4000 mm), geniş sahədə yayılmış qalın və hündür, 3-4 mərtəbəli meşələrdir. Bitkilərin fasiləsiz vegetasiyası və bitki növlərinin zənginliyi ilə (0,25 ha-da 200-dək növ) səciyyələnir. Amazon ovalığı, Konqo hövzəsi, Zond adaları R.T.M. ilə örtülüdür.

Coğrafiya terminləri lüğəti

rombik sinqoniya

Kristalların təsnifatında işlənən 7 sinqoniyadan biri.

Bir-birinə perpendikulyar, müxtəlif ölçü vahidlərinə malik üç kristalloqrafik oxla səciyyələnir. Üç sinfi var: rombik dipiramida 3L2, 3PC, rombik piramida L22P, rombik tetraedr 3L2.

Coğrafiya terminləri lüğəti

radiogeologiya

Geologiyanın Yer maddəsində təbii nüvə çevrilmələri qanunauyğunluqlarını və onların geoloji proseslərdə təzahürünü öyrənən sahəsi; nüvə geologiyası.

“R.” terminini 1937-ci ildə V.İ.Vernadski işlətmişdir. R. nüvə fizikası, geokimya və kosmokimya ilə sıx əlaqədardır; R. xüsusi R., izotop geologiyası və mütləq geoxronologiyaya bölünür.

Coğrafiya terminləri lüğəti

rapakivi

fin. rapakivi – çürük daş

Biotit, yaxud hornblend-biotit tərkibli porfirəbənzər quruluşlu qranit.

R. aşınma prosesləri ilə asan pozulur. Qiymətli tikinti və üzlük daşıdır.

Coğrafiya terminləri lüğəti

realqar

ər. – mədən tozu, mağara tozu

Monoklinik sinqoniyada kristallaşaraq torpaqvarı yığınlar, sıx dənəli kütlələr, prizmatik kristallar əmələ gətirən mineral.

Rəngi narıncı-qırmızı olur. Hidrotermal mənşəlidir.

Coğrafiya terminləri lüğəti

rodingitlər

Qabbro-peridotit intruziyaları kalsium-silikat metasomatik damar süxurlarının petrogenetik qrupu.

R.-ə qranat-piroksenli, xlorit-qranatlı, vezuvian-xlorit-soizitli və onlara oxşar başqa süxurlar (monomineral qrossulyarlara da təsadüf edilir) daxildir. Termini ilk dəfə 1911-ci ildə Marşall təklif etmişdir.

Coğrafiya terminləri lüğəti

rodonit

yun. rhodon – qızılgül

Silikatlar sinfinə aid triklinik sinqoniyamineral.

Dənəli və ya sıx kütlələr, lövhəli kristallar əmələ gətirir. Rəngi çəhrayı olur. Şüşə parıltılıdır. Adətən metamorfik mənşəlidir.

Coğrafiya terminləri lüğəti

rodoxrozit

yun. rhodon – qızılgül + yun. chrosis – rəng

Karbonatlar sinfinə aid çəhrayı, qırmızı, yaşılımtıl-boz mineral.

Triqonal sinqoniyada kristallaşır. Romboedr formalı kristallar, kristallik-dənəli və s. aqreqatlar əmələ gətirir. Şüşə parıltılıdır.

Coğrafiya terminləri lüğəti

rutil

lat. rutilus – qızıla çalarlı, sarımtıl-qırmızı, açıq-qırmızı

Tetraqonal sinqoniyada kristallaşaraq prizmatik, sütunvarı, iynəvarı və s. kristallar əmələ gətirən mineral.

Təmiz R. rəngsiz olur. Qatışıqların təsirindən müxtəlif rənglərə (sarı, qırmızı, qara) boyanır. Süxurlarda geniş yayılmış aksessor mineraldır. Peqmatitlərdə və hidrotermal damarlarda rast gəlir.

Coğrafiya terminləri lüğəti