ər. sayl – gur axın
Güclü leysan yağışları, qar və buzların əriməsi ilə əlaqədar, bəzən digər səbəblərdən qəflətən yaranan palçıqlı-daşlı su axını.
Bu axın kütləsinin böyük hissəsini (75%-ə qədər) qırıntı materialları, çınqıl, daşlar, qayalar təşkil edir. S.-in gətirdiyi süxur parçalarının ağırlığı tonlarla ölçülə bilər. S. hadisəsi, əsasən, kontinental arid iqlimə malik olan dağlıq rayonlar üçün xarakterikdır. Bəzən zəlzələ və vulkanik proseslər də S.-lərin yaranmasına səbəb olur. ABŞ-da Los-Anceles rayonu, Orta Asiyada Almatı şəhəri və Fərqanə dərəsi, Azərbaycanda Şəki-Zaqatala zonası vaxtaşırı güclü, dağıdıcı S.-lərə məruz qalır. Avropada Alp dağlarında S.-ə mur deyilir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. selene – Ay + yun. grapho – yazıram
Ayın quruluşunu, strukturunu, litoloji tərkibini, relyefini, təbiətini, Ayda baş verən prosesləri tədqiq edən elm sahəsi.
S. astrofizikanın bir bölməsi olsa da, böyük tarixə malikdir. Hələ 1647-ci ildə polşalı astronom Yan Haveli “Selenoqrafiya və ya Ayın təsviri” adlı kitab dərc etmişdi, 1651-ci ildə isə italiyalı astronom Covanni Riççoli Ay səthinin ilk nomenklaturasını yaratmışdı.
Coğrafiya terminləri lüğətiMüxtəlif növ kağız, karton və onlardan məmulat, sellüloz, izolyasiyalı, lifli məhsullar istehsal edən sənaye sahəsi.
S.-K.S. həmçinin etil spirti, yem mayası, yağ turşuları kimi müxtəlif növ məhsullar da hazırlayır. Bu sənaye sahəsi Avropa ölkələrində və Yaponiyada (gətirmə xammal hesabına) xüsusilə inkişaf edib.
Coğrafiya terminləri lüğətiisveç alimi Anders Selsinin adından
Temperaturu ölçmək üçün dünyada ən geniş istifadə olunan şkala.
S.Ş.-da buzun ərimə nöqtəsi ilə suyun qaynama nöqtəsi arasındakı temperatur intervalı 100 hissəyə – Selsi dərəcələrinə (°C) bölünüb. 1742-ci ildə şkalanı təklif edəndə Anders Selsi buzun ərimə temperaturunu 100 dərəcəyə, suyun qaynama temperaturunu isə 0 dərəcəyə bərabər götürüb. Lakin sonradan şkala tərsinə çevrilib. Bunun A.Selsinin özü, yoxsa digər isveç alimləri (botanik Karl Linney, astronom Morten Ştremer) tərəfindən edildiyi barədə müxtəlif fərziyyələr mövcuddur. İlk vaxtlar şkala daha çox “isveç termometri” adı ilə tanınıb. XIX əsrin əvvəlində məşhur kimyaçı Yens Yakob Berseliusun fundamental elmi əsərlərində onun müasir adı “rəsmiləşdirilib”. Selsi ölçü vahidi olaraq, Kelvinlə yanaşı, Beynəlxalq Vahidlər Sisteminə daxildir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiport. selvas – meşə
Cənubi Amerikada Amazon ovalığında rütubətli ekvatorial meşə zonası.
Burada rütubətlilik böyük olduğu üçün (il ərzində 80-90%) bataqlıqlar geniş yer tutur. S. meşələrinin əsas hissəsi Braziliyada yerləşir, lakin onlar Kolumbiya, Boliviya, Surinam və Ekvadorda da yayılıb. S. meşə zonası ekvatorial, subekvatorial və qismən tropik iqlim qurşaqlarını əhatə edir. Zonada orta illik yağıntılar 1800-2300 mm arasında dəyişir, əsas torpaq tipi qırmızı-sarıdır, zəngin bitki və heyvan aləmi mövcuddur.
Coğrafiya terminləri lüğətilat. semi – yarı + lat. aridus – quru
Mülayim və qismən subtropik, tropik qurşağın səhralarına xas olan iqlim.
Bu iqlim zonasında orta illik temperatur qışda -20°C, yayda +30°C arasında dəyişir, orta illik yağıntılar 350-400 mm-ə qədərdir, mümkün buxarlanma faktik buxarlanmadan çoxdur. S.İ.-də əsas torpaq tipi bozdur, lakin açıq-şabalıdı və qırmızı-qonur torpaqlara da rast gəlinir. Belə iqlim Azərbaycan ərazisində Kür-Araz ovalığı və Qobustan ərazisi üçün səciyyəvidir.
Coğrafiya terminləri lüğətiyun. koinos – ümumi + yun. geo – Yer + yun. grapho – yazıram, təsvir edirəm
1. Biocoğrafiyanın biogeosenozların və ekosistemlərin yayılması qanunauyğunluqlarını öyrənən bölməsi.
2. Geobotanikanın bitki qruplarının coğrafi yayılması qanunauyğunluqlarını tədqiq edən bölməsi.
Bura geobotaniki rayonlaşdırma, xəritələşdirmə və geobotaniki kartoqrafiya daxildir.
Coğrafiya terminləri lüğətiyun. seismos – titrəmə
Zəlzələ, partlayış vaxtı yayılan dalğaların süxurlarda tərəddüdlər şəklində təzahür etməsi.
Zəlzələ ocağında S.D. dağıdıcı qüvvəyə malikdir, ocaqdan uzaqlaşdıqca onlar elastikləşir. S.D. tərəddüdlərin xarakterinə görə iki növə ayrılır: uzununa və eninə S.D. Uzununa S.D.-ın sürəti içərisindən keçdiyi maddənin (mühitin) sıxlığından asılı olaraq dəyişir: havada (20°C) – 343 m/san, suda (17°C) – 1430 m/san, gildə – 1800-2400 m/san, qumdaşında – 2000-3600 m/san, əhəngdaşında – 3200-5500 m/san, kristallik süxurlarda – 4500-6500 m/san. Onun ən yüksək sürəti isə Yerin daxili nüvəsində müşahidə edilir və 11.200-11.300 m/san-yə çatır. Eninə S.D. uzununa S.D.-a nisbətən 1,7 dəfə yavaş yayılır; məsələn, zəlzələ ocağından müəyyən məsafədə olan rayona uzununa S.D. 5 dəqiqəyə çatırsa, eninə S.D. həmin məntəqədə təxminən 8,5 dəqiqədən sonra hiss olunacaq. Bu fərq əsasında S.D.-ın mənbəyinə qədər olan məsafə dəqiq hesablanır.
Coğrafiya terminləri lüğəti