Atmosferdə, Yer kürəsində və onun ayrı-ayrı sahələrində müəyyən zaman kəsiyində suyun bütün gəlir və çıxarının nisbəti.
S.B. Yerdə su dövranının kəmiyyətcə ifadəsidir. Bu balans hesablanarkən atmosfer yağıntıları, buzlaqların əriməsi, yeraltı və yerüstü axınlar, süxurların rütubətliliyinin dəyişməsi, buxarlanma və s. göstəricilər nəzərə alınır. Yerin S.B. gəlir və çıxarların eyniliyi ilə səciyyələnir. Məsələn, Yer kürəsində çoxillik orta atmosfer yağıntılarının miqdarı (1020 mm) okeanların və qurunun səthindən çoxillik orta buxarlanmanın cəminə (müvafiq olaraq 880 mm və 140 mm) bərabərdir.
Coğrafiya terminləri lüğətiYerin atmosferində, hidrosferində, Yer qabığında günəş radiasiyası, ağırlıq qüvvəsi və s. amillərin təsiri nəticəsində suyun fasiləsiz yerdəyişməsi.
S.D. suyun Yer səthindən buxarlanması, buxarlandığı yerdən hava axınları vasitəsilə başqa yerə aparılması, su buxarının kondensasiyası və yağıntı halında düşməsi, su hövzələrində, qurunun səthində və Yer qabığı daxilində suyun yerdəyişməsi kimi hadisələrin cəmindən ibarətdir. İl ərzində Yerdə S.D.-nda 520.000 km3 su iştirak edir ki, bu da hidrosferin ümumi su həcminin 0,037%-ni təşkil edir. S.D.-nın əhatə etdiyi əraziyə və su həcminə görə suyun kiçik dövranı, suyun böyük dövranı və suyun Yer dövranı fərqləndirilir.
Coğrafiya terminləri lüğətifr. cadastral < yun. katastikhos – qeydiyyat
Hər hansı ölkənin, ərazi vahidinin və ya hövzənin sularının təbii, hüquqi vəziyyəti, digər xüsusiyyətləri haqqında sistemləşdirilmiş məlumatlar toplusu.
Bura çaylar, dənizlər, göllər, yeraltı sular, bataqlıqlar haqqında məlumatlar daxil edilir. S.K. yalnız elmi əhəmiyyət kəsb etmir, həm də dövlət orqanlarının müəyyən ərazidə idarəçilik funksiyalarını, o cümlədən təbiəti mühafizə sahəsində vəzifələrini yerinə yetirməsi üçün də zəruridir.
Coğrafiya terminləri lüğətiSərnişinlərin, yüklərin və s.-nin su yolları vasitəsilə daşınmasını təmin edən nəqliyyat növü.
S.N. akvatoriyasına görə çay nəqliyyatına və dəniz nəqliyyatına bölünür. O, nisbi ucuzluğu, quru və hava nəqliyyatından istifadə üçün müvafiq infrastrukturun olmadığı şəraitdə səmərəliliyi ilə fərqlənir. S.N. nəqliyyat vasitələrindən (gəmilər, qayıqlar, bərələr, buz üzərində hərəkət edən aparatlar və s.), geniş infrastrukturdan (nəqliyyat yolları, hidrotexniki qurğular, limanlar, vağzallar, təmir müəssisələri və s.) ibarətdir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiSu ehtiyatlarının öyrənilməsi, uçotu, kompleks istifadəsinin planlaşdırılması, yeraltı və yerüstü suları çirklənmədən və azalmadan mühafizə ilə məşğul olan xalq təsərrüfatı sahəsi.
S.T.-nın əsas vəzifəsi xalq təsərrüfatının bütün sahələrini zəruri miqdarda keyfiyyətli su ilə təmin etməkdir.
Coğrafiya terminləri lüğəti