yun. geo – Yer + yun. grapho – yazıram, təsvir edirəm
İqtisadi coğrafiya elminin əhaliyə müxtəlif növ xidmət göstərən sahələrin inkişafı, yerləşdirilməsi və perspektivlərini öyrənən bölməsi.
X.S.C.-nın predmetini, əsasən, qeyri-maddi (səhiyyə, təhsil, mədəni-maarif müəssisələrinin işi və s.), habelə bir sıra maddi fəaliyyət sahələri (pərakəndə ticarət, ictimai iaşə, sərnişin nəqliyyatı, mənzil-kommunal təsərrüfatı və s.) təşkil edir.
Coğrafiya terminləri lüğətiyun. chion – qar + yun. sphaira – kürə
Əlverişli relyef formalarında buzlaqların və qar yığınlarının yaranmasının mümkün olduğu troposfer qatı.
X. Yer kürəsini 10 km-ə qədər qalınlığı olan örtüklə əhatə edir. Bu qatda istilik və rütubətin nisbəti il ərzində düşən yağıntıların miqdarının buxarlanmadan və süxurlara sızmadan üstün olmasını təmin edir. X.-in yuxarı sərhədi ən hündür dağ zirvələrindən də yüksəkdə yerləşir. Bu həddə atmosfer yağıntılarının balansı sıfıra bərabərdir. X.-in aşağı sərhədi (buna iqlim qar xətti deyilir) isə qar xətti ilə üst-üstə düşür və müxtəlif coğrafi enliklərdə fərqli olur. Çox vaxt buzlaqların dilləri X.-in aşağı sərhədindən kənara çıxır.
Coğrafiya terminləri lüğətiParklarda, bağlarda və s. yaşıllıq ərazilərdə hər iki tərəfində cərgə ilə ağac, yaxud kol əkilmiş yol.
Bir sıra Şərq ölkələrində şəhərlərin böyük küçələri (prospektləri) X. adlanır. Bəzən fəxri dəfn yerlərinə də X. deyilir: məsələn, Fəxri xiyaban, Şəhidlər xiyabanı.
Coğrafiya terminləri lüğətiyun. choros – ərazi, vilayət + yun. logos – elm, təlim
Orqanizmlərin yayılmasının coğrafi və topoqrafik qanunauyğunluqlarını öyrənən elm sahəsi, biocoğrafiya elminin bir hissəsi.
Fitoxorologiya bitki növlərinin, zooxorologiya isə heyvan növlərinin yayılması qanunauyğunluqlarını araşdırır.
Coğrafiya terminləri lüğətiyun. zone – qurşaq
Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün xüsusi hüquqi rejim tətbiq edilən ərazi.
Bu hüquqi rejim müəssisələrin yüngülləşdirilmiş qeydiyyat formasından, gömrük, vergilər və s. sahələrdə güzəştli şərtlərdən ibarət olur. X.İ.Z. azad iqtisadi zonanın bir formasıdır.
Coğrafiya terminləri lüğətiyun. chalkedon
Mineral; kvarsın yarımşəffaf, gizli kristallik növü.
Qabıq, böyrəkvarı, salxım şəkilli aqreqatlar, damarcıqlar, konkresiyalar və s. əmələ gətirir. Mum parıltılıdır. Müxtəlif rənglərdə olur. Naziklaylı X. əqiq, zolaqlı X. oniks adlanır. Məmulat daşı və abraziv materialıdır.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. chrysos – qızıl + yun. lithos – daş
Mineral; yaşıl olivinin şəffaf növü.
Qısa sütunvarı prizmatik kristallar əmələ gətirir. Kövrəkdir. Yaxşı cilalanır. Az tapılır. Bazaltlarda, ultraəsasi maqmatik süxurlarda, həmçinin səpintilərdə rast gəlir. Qiymətli daşdır.
Coğrafiya terminləri lüğəti