Yer səthində temperaturun, suyun, küləklərin, canlı orqanizmlərin və s.-nin təsiri altında süxurların parçalanması, dəyişikliyə uğraması prosesi.
A.-nın fiziki (yaxud mexaniki) A., kimyəvi A., orqanik (yaxud üzvi, bioloji) A. və s. növləri var. Fiziki A. arid iqlimə malik səhralarda, kimyəvi A. çox rütubətli ekvatorial və subekvatorial zonalarda, üzvi A. isə canlı orqanizmlərin çoxluq təşkil etdiyi mülayim qurşaqda daha intensiv baş verir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiDağ massivində və ya dağların qovşağında, yalında keçid üçün əlverişli, nisbətən alçaq sahə.
A., əsasən, dağ çuxurlarında, nadir halda isə təpə və zirvələrin maili yamaclarında olur. A.-da avtomobil və dəmir yolları salınır, onların bəzilərində isə ensiz cığırlar ancaq yük heyvanları və insanların piyada gəliş-gedişi üçün yarayır. Zəngəzur və Dərələyəz sıra dağlarının qovşağında yerləşən Biçənək A.-ı, şimalda Qərbi Savalan A.-ı, Ağsu yaxınlığında Ağsu A.-ı ayrı-ayrı bölgələr arasında əlaqə saxlamaq üçün Azərbaycanda tarixən istifadə olunan A.-lardandır.
Coğrafiya terminləri lüğətiDünya okeanının təxminən 30-35° şimal enlikləri və 30-35° cənub enlikləri arasında qalan sahəsi.
Ekvatorda qızaraq yuxarı qalxmış hava kütlələri bu enliklərə yaxın ərazilərdə aşağı enir, yüksək təzyiq sahəsi və güclü antisiklonlar yaradır. Quruda ən isti səhralar, suda isə çox zəif küləkli, yaxud tamamilə küləksiz havalar bu zonaya təsadüf edir. A.E. termini Böyük Coğrafi kəşflər dövründə yaranıb. Avropadan Amerikaya üzən yelkənli gəmilər okeanın bu hissəsində küləksiz havada günlər, həftələrlə, demək olar ki, yerlərindən tərpənmirdilər. İçməli su və yem çatışmadığı üçün dənizçilər özləri ilə müstəmləkələrə apardıqları atları dənizə atırdılar. Buna görə okeanların daxili subtropik antisiklon sahələri belə adlandırılıb.
Coğrafiya terminləri lüğətiyun. atmos – buxar + yun. sphaira – kürə
1. Səma cisminin qazlardan ibarət örtüyü.
Planetlərarası boşluqla A. arasında əksər hallarda kəskin fərq və sərhəd olmur, odur ki “örtük” dedikdə məhz səma cisminə cazibə qüvvəsi ilə bağlı olan və onunla birlikdə hərəkət edən qaz kütləsi nəzərdə tutulur. Bir çox planetlərin, o cümlədən “qaz nəhəngləri”nin A.-i var. Onlar müxtəlif tərkibə və qalınlığa malikdir. Yer planetinin A.-i həm Yerin öz oxu ətrafında, həm də Günəş ətrafında fırlanmasında iştirak edir. O, 78% azotdan, 21% oksigendən, 1% digər elementlərdən ibarətdir, planetin kütləsinin təqribən milyonda birini təşkil edir. Yer A.-inin alt sərhədi okean səthi hesab olunur, üst sərhədi isə elmi ədəbiyyatda şərti olaraq ekzosferlə müəyyənləşdirilir, lakin müxtəlif hündürlüklərlə məhdudlaşdırılır: 1000 km, 1300 km, 3000 km və s. Belə ki, A. planetlərarası boşluğa tədricən keçir, bu səbəbdən onun yuxarı sərhədini dəqiq təyin etmək çətindir; məsələn, Beynəlxalq Aviasiya Federasiyası ilə NASA tamamilə fərqli meyardan çıxış edir və A.-in son həddi kimi aerodinamik aviasiyanın qeyri-mümkün olduğu səddi əsas götürür (müvafiq olaraq 100 km və 122 km). Yuxarı qalxdıqca A. seyrəkləşir, onun təzyiqi, temperaturu, digər fiziki-kimyəvi xassələri dəyişir, sərbəstləşmiş elektronlar “örtük”dən qoparaq kainata uçur. A. şaquli istiqamətdə 5 təbəqəyə bölünür: troposfer, stratosfer, mezosfer, termosfer (ionosfer), ekzosfer.
2. Təzyiqin sistemdənkənar ölçü vahidi.
1 A. 760 mm civə sütununun təzyiqinə, 1,0334 kq/sm2-ə, 101325 paskala bərabərdir.
Coğrafiya terminləri lüğətiyun. atmos – buxar + yun. sphaira – kürə + yun. akustikos – eşitmə
Atmosferdə səs dalğalarının yayılmasına dair elm.
A.A.-nın əsas vəzifələri atmosferin Yer səthinə yaxın və yuxarı təbəqələrində səs dalğalarının yayılmasını tədqiq etmək, onların havanın temperaturu, rütubəti, sıxlığı və s. xassələrindən asılılığını araşdırmaq, təbiətdə səs-küyün azaldılması yollarını öyrənməkdir.
Coğrafiya terminləri lüğətiFiziki xassələri müxtəlif olan böyük hava kütlələri arasında keçid zonası.
A.C.-nin hündürlüyü bir neçə, eni onlarca, uzunluğu minlərcə km olur. A.C. isti və soyuq hava kütlələrinin yaxınlaşması, qarşılaşması nəticəsində baş verir. Soyuq hava kütlələri çox kiçik bucaq altında (təxminən 1°) Yer səthinə enir, isti hava kütlələri isə onların üzərinə qalxır. Təmasda olan hava kütlələrinin hərəkət istiqamətindən, fiziki xassələrindən asılı olaraq isti və soyuq cəbhələr yaranır. İsti A.C.-ndə, bir qayda olaraq, laylı-yağış, soyuq A.C.-ndə topa-yağış buludları formalaşır. A.C.-ndə havanın temperaturu, rütubətliliyi, digər meteoroloji parametrləri üfüqi istiqamətdə kəskin dəyişir. Bu cəbhələr, əsasən, iki cür olur: arktik cəbhə (arktik hava kütlələri ilə mülayim enliklərin hava kütlələri arasında) və qütb cəbhəsi (mülayim enliklərin hava kütlələri ilə tropik hava kütlələri arasında). Bəzən tropik (yaxud tropikdaxili) cəbhə də ayrıca tip kimi fərqləndirilir: o, Cənub və Şimal yarımkürələrinin passatlarının qarşılaşdığı yerdə – ekvatora yaxın ərazilərdə yaranır.
Coğrafiya terminləri lüğətiAtmosferdə baş verən fiziki proses və hadisələrdən bəhs edən elm.
A.F. atmosferi təşkil edən qazların xassələrini, şüalandırmanı, buxarlanmanı, buludların və yağıntıların əmələ gəlməsini, habelə atmosferdə baş verən digər hadisələr və onlar arasındakı əlaqələri öyrənir.
Coğrafiya terminləri lüğətiAtmosferin, həmçinin atmosferdəki buludların dalğa uzunluğu 4 mkm-dən 120 mkm-dək infraqırmızı şüalar yayması.
A.Ş. günəş radiasiyasının atmosferdən keçərkən udulması, əks olunması, yaxud səpələnməsi nəticəsində yaranır. O, əsasən, iki istiqamətə – kosmik fəzaya və Yer səthinə doğru yönəlib.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiAtmosferin Yer səthinə və təmasda olduğu bütün cisimlərə göstərdiyi təzyiq.
Hər bir nöqtədə A.T. həmin nöqtədən atmosferin üst sərhədinə qədər olan hava sütununun ağırlığına bərabərdir. Dəniz səviyyəsində “normal” A.T. 1013 mb və ya 760 mm hündürlüyündə civə sütununun ağırlığı qədərdir. Bu təzyiq təqribən 45° şimal və cənub enliklərində, temperatur şəraitində ölçülən təzyiqə uyğun gəlir. A.T. Yer səthində şaquli və üfüqi istiqamətdə dəyişilir. Temperaturun artması nəticəsində havanın sıxlığı azalır və bununla əlaqədar olaraq A.T.-i də fərqli qiymət alır. Yuxarı qalxdıqca hər 100 m-də A.T.-i orta hesabla 10 mm civə sütunu qədər azalır.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiGeniş ərazilərdə iqlimin formalaşmasına təsir göstərən alçaq və yüksək təzyiq sahələri.
Atmosferin əsas sabit hərəkət mərkəzləri bunlardır: ekvatorial depressiya (minimum); İslandiya minimumu; Aleut minimumu; Cənub mülayim en dairələri minimumu; Azor antisiklonu (maksimumu); Havay maksimumu; Cənubi Atlantika maksimumu; Cənubi Sakit okean maksimumu; Cənubi Hind maksimumu; Arktika maksimumu; Antarktika maksimumu. Bu daimi mərkəzlərdən başqa, materiklərdaxili ərazilərin yayda qızması, qışda soyuması ilə əlaqədar qapalı barik sahələr yaranır ki, onlara da mövsümi A.H.M. deyilir (Asiya maksimumu, Kanada maksimumu, Cənubi Asiya minimumu və s.).
Coğrafiya terminləri lüğətiyun. atmos – buxar + yun. sphaira – kürə + lat. circulato – fırlanmaq
Planetar miqyasda ölçüsünə görə materiklərə və onların böyük hissələrinə uyğun gələn hava axınları sistemi.
A.Ü.S.-na zonal axınlar – tropik qurşaqlarda troposferin alt hissəsində passatlar, mülayim enliklərdə Yer səthindən xeyli hündürdə qərb küləkləri, qütb enliklərində troposferin alt hissəsində şərq küləkləri daxildir. A.Ü.S. vasitəsilə Yer kürəsinin müxtəlif dərəcədə qızan sahələri arasında isti və soyuq hava kütlələrinin mübadiləsi gedir, rütubət (su buxarı) Yer üzərində yayılır. Bu prosesin əsas təkanverici qüvvəsi günəş enerjisi, daha bir mühüm səbəbi Yerin öz oxu ətrafında fırlanmasıdır. Günəş Yer səthini qeyri-bərabər qızdırır, nəticədə atmosferdə alçaq və yüksək təzyiq sahələri yaranır və hava axınları daim bu sahələr arasında hərəkət edir. A.Ü.S. iqlim əmələgətirən başlıca amillərdəndir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti