İki idmançı arasında xüsusi qaydalar əsasında keçirilən yumruq döyüşü.
Boks rinqdə keçirilir. Mübarizə üç raundda aparılır. Qurşaqdan aşağı, peysərə və kürəklərə zərbə vurmaq qadağandır. Qələbə xal üstünlüyünə görə, rəqib nokaut vəziyyətinə düşdükdə, həmçinin döyüşü davam etdirə bilmədikdə və s. səbəblərə görə verilir.

Həmçinin bax:
İbtidai siniflər üçün terminlər lüğətiTəyyarə, gəmi, kosmik aparat, avtomobil və s.-nin bortunda quraşdırılan elektron hesablama maşınları (kompüterlər).
Bort kompüterləri nəqliyyat vasitəsini idarə etmək, onun texniki vəziyyəti haqqında informasiya almaq, dispetçer məntəqəsi ilə rabitəni təmin etmək və başqa məqsədlərlə quraşdırılır.

Riyazi əməllərdən biri: hər hansı ədədi bərabər hissələrə bölməklə qisməti tapmaqdan ibarət əməl.
Bölmə əməli vurma əməlinin tərsidir, yəni vuruqlardan biri məlum olduqda digər vuruğun tapılmasıdır. Bu riyazi əməlin komponentləri bunlardır: bölünən, bölən, qismət.
18 : 3 = 6
↑ ↑ ↑
bölünən bölən qismət
İbtidai siniflər üçün terminlər lüğətiAlqoritmin bir növü: addımların ardıcıllığının müəyyən şərtdən asılı olduğu alqoritmlər.
Budaqlanan alqoritmlərin tərkibində bir və ya bir neçə məntiq mərhələsi olur. Bu mərhələdə müəyyən kəmiyyətlərin hər hansı bir şərti ödəyib-ödəmədiyi yoxlanılır və ona uyğun olaraq sonrakı gedişin istiqaməti seçilir. Yəni nəzərdə tutulan şərt ödənilirsə, bir istiqamətə, həmin şərt ödənilmirsə, başqa istiqamətə doğru hərəkət edilir. Beləliklə, alqoritmdə budaqlanma baş verir.
İbtidai siniflər üçün terminlər lüğəti