Reklam
Reklam

İbtidai siniflər üçün terminlər lüğəti

kosmonavt

Kosmik fəzaya uçan adam; astronavt.

Kosmosa uçan ilk kosmonavt Yuri Qaqarin olmuşdur.

İbtidai siniflər üçün terminlər lüğəti

kök1

1. Sözün məna ifadə edən, ayrılıqda işlənə bilən hissəsi.

 

                                       jurnal+lar

                                 qələm+in

                   kök  ←  üzüm+lük    şəkilçi

                                 dəmir+çi

 2. Bitkinin (ot, kol, ağac) yerin altında olan və onu qidalandıran orqanı.

Kökün əsas vəzifəsi bitkini torpağa bərkitmək, onu şaquli vəziyyətdə saxlamaq, torpaqdakı suyu, mineral maddələri sormaqdır.

kök2

Səslərin ucalığına görə münasibətləri sistemi.

Bu sistemdən musiqi alətlərinin köklənməsi məqsədilə istifadə edilir.

İbtidai siniflər üçün terminlər lüğəti

krater

Vulkan püskürməsi, meteoritlərin düşməsi nəticəsində yaranan kasa və ya qıfşəkilli çökəklik.

Kraterin diametri bir neçə kilometrə, dərinliyi yüzlərlə metrə çata bilər.

İbtidai siniflər üçün terminlər lüğəti

kross

Yüngül atletikanın bir növü: müəyyən məsafəyə qaçış.

Kross qaçışında məsafə, adətən, 3 km-dən 12 km-dək olur.

İbtidai siniflər üçün terminlər lüğəti