Fəal təlim üsullarından biri: əvvəlki bilik və təcrübə ilə yeni bilik arasında əlaqə yaratmaq üçün istifadə olunan üsul.
Dərsin mövzusu elan edilir və lövhədə BİBÖ cədvəli çəkilir: şagirdlərin mövzu ilə bağlı bildikləri 1-ci sütunda («Bilirəm»), bilmək istədikləri 2-ci sütunda («İstəyirəm bilim») qeyd olunur. Dərsin sonunda mövzu ilə bağlı şagirdlərin öyrəndikləri 3-cü sütunda («Öyrəndim») yazılır.
İbtidai siniflər üçün terminlər lüğətiİki idmançı arasında xüsusi qaydalar əsasında keçirilən yumruq döyüşü.
Boks rinqdə keçirilir. Mübarizə üç raundda aparılır. Qurşaqdan aşağı, peysərə və kürəklərə zərbə vurmaq qadağandır. Qələbə xal üstünlüyünə görə, rəqib nokaut vəziyyətinə düşdükdə, həmçinin döyüşü davam etdirə bilmədikdə və s. səbəblərə görə verilir.

Həmçinin bax:
İbtidai siniflər üçün terminlər lüğətiTəyyarə, gəmi, kosmik aparat, avtomobil və s.-nin bortunda quraşdırılan elektron hesablama maşınları (kompüterlər).
Bort kompüterləri nəqliyyat vasitəsini idarə etmək, onun texniki vəziyyəti haqqında informasiya almaq, dispetçer məntəqəsi ilə rabitəni təmin etmək və başqa məqsədlərlə quraşdırılır.

Riyazi əməllərdən biri: hər hansı ədədi bərabər hissələrə bölməklə qisməti tapmaqdan ibarət əməl.
Bölmə əməli vurma əməlinin tərsidir, yəni vuruqlardan biri məlum olduqda digər vuruğun tapılmasıdır. Bu riyazi əməlin komponentləri bunlardır: bölünən, bölən, qismət.
18 : 3 = 6
↑ ↑ ↑
bölünən bölən qismət
İbtidai siniflər üçün terminlər lüğəti