Salam, hər vaxtınız xeyir. Bu saytı niyə belə dəyişmisiniz? "Obastan" bağlandı, orada sinonimlər, antonimlər və s. lüğətlər də var idi, sizdə də heç olmasa əvvəlki versiyada sözü bütün mətnlərdə axtarmaq imkanı var idi, amma indi saytın bu yeni versiyasında o imkan da ləğv edilib. Niyə belə edirsiniz, imkanlar niyə gündən-günə məhdudlaşdırılır?
Qeydinizə görə təşəkkür edirik. Əslində, məqsədimiz saytın imkanlarını genişləndirməkdir, ona görə də sayta "ensiklopediya", "jurnal", "deyimlər" bölmələri əlavə edilib. Sinonimlər və antonimlər lüğətləri üzərində iş gedir. Əvvəlki versiyada "açar sözlər üzrə axtarış" funksiyasına ehtiyac çox az idi deyə biz onu "orfoqrafik normaya uyğun axtarış" funksiyası ilə əvəz etdik. Yəni yeni versiyada sözü səhv yazsanız belə, düzgün çıxacaq. Məsələn, "samballı" yazsanız, "sanballı" çıxacaq.

Cavablandırdığınız üçün təşəkkür edirəm. Amma qeyd etdiyiniz "açar sözlər üzrə axtarış" funksiyasını bərpa etsəydiniz yaxşı olardı. Bilirsiniz, təəssüf ki, bizim "İzahlı lüğət"də nöqsanlar çoxdur, şəxsən mən ondan davamlı istifadə edən biri olaraq dəfələrlə görmüşəm ki, hansısa bir söz və ya ifadə "İzahlı lüğət"də yoxdur, amma hansısa başqa sözün izahında qeyd edilib. Hər halda işi bu cür lüğətlərlə işləmək olan insanlar üçün onsuz da elə çox resurs yoxdur və hal-hazırda yeganə istinad mənbəyimiz bu alayarımçıq "İzahlı lüğət"dir, onda da sözü bütün 4 cild üzrə axtarmaq olmur, xüsusilə, qeyd etdiyim nüanslarda, yaxud da hansısa sözün bir başqa söz üçün gətirilən nümunə cümlənin içində işlənməsində... Nəzərə alsanız minnətdar olaram.
Mən də Azərbaycan türkcəsini öyrənməyə başlayan bir türk olaraq, aşağıda maddələr halında verdiyim mövzular üzrə yaxşılaşdırmaların aparılmasını vacib hesab edir və bunu xüsusilə gözləyirəm.
1. Sözlərin sinonimlərinin və antonimlərinin verilməsi çox faydalı olacaq.
2.Yadda saxlanılmış sözlər bölməsində ən çoxu 15 söz saxlanıla bilir. Halbuki işarələdiyim bütün sözlər bu siyahıya əlavə olunsa, hansı sözləri öyrəndiyimi və neçə söz öyrəndiyimi asanlıqla izləyə bilərəm.
3.Yadda saxlanılmış sözlər isim, sifət, feil, zərf, əvəzlik, edat və bağlayıcı üzrə qruplaşdırılsa, həm hər qrupdan neçə söz öyrəndiyimi izləyə bilərəm, həm də siyahımdakı sözləri istədiyim qrupa görə görüntüləyə bilərəm.
4.Açar sözlər vasitəsilə axtarış funksiyası məncə də olduqca faydalı və zəruridir.