Reklam
Reklam

Команда

Elçin Şıxlı

Elçin Şıxlı

Azərbaycan Jurnalistlər Birliyinin sədri

1957-ci ildə Bakıda anadan olub. Xarici Dillər İnstitutunda ingilis və alman dilləri üzrə təhsil alıb.

80-ci illərdə bir sıra hərbi və dövlət qurumlarında tərcüməçi, referent, ədəbi işçi kimi çalışıb. 1990-cı ilin iyulundan Azərbaycanda nəşrə başlamış ilk müstəqil qəzetlərdən biri olan «Ayna»-«Zerkalo» qəzetlərinin qurucularından biri, “Ayna Mətbu Evi” şirkətinin həmtəsisçisi və prezidenti olub. 2001-ci ildən «Ayna»-«Zerkalo» qəzetlərinin təsisçisi və baş redaktorudur. İngilis, rus və türk dillərindən tərcümələr edir. Oskar Uayldın “Sehrli nağıllar” və Əziz Nesinin “Futbol kralı” əsərləri onun tərcüməsində kitab kimi işıq üzü görüb. Azərbaycan Yazıçılar İttifaqının üzvü, “Zərdabi” və “Ali Media Mükafatı” laureatı, Azərbaycanın əməkdar jurnalistidir. “Azleks” layihəsi çərçivəsində “İngiliscə-Azərbaycanca lüğət” və “Jurnalistika terminləri lüğəti”nin tərtibçilərindəndir.