Mübtəda insan anlayışı bildirdikdə qrammatik cəhətdən xəbərlə uzlaşır:
Bu qaydada nadir rast gəlinən istisnalar olur:
Bu cümlədə mübtəda vəzifəsində olan mürəkkəb isim qrammatik cəhətdən cəmdə olmasa da, iki subyekti ifadə edir, ona görə də xəbər -lar² şəkilçisi qəbul edir.
Bədii mətnlərdə, xüsusilə obrazların nitqində məişət üslubunu vurğulamaq üçün bəzən bu qayda pozulur:
Semantik baxımdan çoxluq bildirən, lakin qrammatik cəhətdən təkdə olan toplu isimlər (əhali, dəstə, qoşun və s.) mübtəda vəzifəsində olanda xəbərlə qrammatik uzlaşma pozulmur:
Yanlış: Camaat bu xəbəri eşidib meydana axışdılar.
Düzgün: Camaat bu xəbəri eşidib meydana axışdı.
Toplu isimlə ifadə olunan mübtəda xəbərdən uzaq düşdükdə çox zaman xətaya yol verilir:
Yanlış: 1816-cı ilin dekabrında Linkolnlar ailəsi dörd at və ən vacib ev əşyaları ilə birlikdə Kentukkidən şimala doğru üz tutdular.
Toplu isim cəm şəkilçisi qəbul etdikdə onun xəbərlə uzlaşması mübahisə doğurur, ona görə də belə cümlələrdə xəbərin qrammatik formasına sərbəst yanaşılır:
Mübtəda miqdar sayının iştirakı ilə formalaşdıqda xəbərlə qrammatik uzlaşma öz qüvvəsində qalır:
1) Söz birləşməsinin əsas tərəfi təkdədirsə, xəbər də təkdə olur:
2) Söz birləşməsinin əsas tərəfi cəmdədirsə, xəbər də -lar² şəkilçisi qəbul edir:
3) Söz birləşməsinin əsas tərəfi sayla ifadə olunursa, xəbər təkdə olur:
Bəzən əvəzliklə ifadə olunan və ya əvəzliyin iştirakı ilə formalaşan mübtəda çoxlu insan anlayışı bildirir. Bu halda da mübtəda ilə xəbər arasında qrammatik uzlaşma olur:
Yanlış: Hərəsi bir ev tikib ayrı yaşadılar.
Düzgün: Hərəsi bir ev tikib ayrı yaşadı.
Yanlış: Sonra hər ikisi təpənin arxasında gözdən itdilər.
Düzgün: Sonra hər ikisi təpənin arxasında gözdən itdi.
Yanlış: Onların hər biri öz maraqlarından çıxış edirdilər.
Düzgün: Onların hər biri öz maraqlarından çıxış edirdi.
Yazıda mübtəda ilə xəbərin arasında feili tərkib olduqda tez-tez xətaya yol verilir:
Yanlış: Bir neçə adam çaxnaşmaya düşüb qapıya cumdular.
Yanlış: İclasda iştirak edənlərin əksəriyyəti bu qərarı bəyənib onun lehinə səs verdilər.
Yanlış: Bir azdan hamı mübahisənin mənasız olduğunu görüb öz işləri ilə məşğul olmağa başladılar.
Mübtəda heyvan anlayışı bildirdikdə onun xəbərlə uzlaşmasında müəyyən sərbəstlik var:
Düzgün: Koalalar evkalipt ağacının budaqlarında yaşayırlar.
Düzgün: Koalalar evkalipt ağacının budaqlarında yaşayır.
Toplu isim heyvan anlayışı bildirdikdə xəbər 3-cü şəxsin təkində olur:
Yanlış: Vəhşi atlar ilxısı kolluğun arasından uzanan cığırda göründülər.
Mübtəda cəmdə olan və cansız varlıq bildirən isimlə ifadə olunduqda xəbərlə qrammatik cəhətdən uzlaşmır:
Düzgün: Ağacın yarpaqları saralmışdı.
Yanlış: Qara dənizdəki Rusiya hərbi gəmiləri “Moskva” kreyserinin vurulmasından sonra sahildən xeyli uzaqlaşdılar.
Qeyd: Cümlədə mübtəda rolunda olan “onlar” əvəzliyi cansız əşyaları ifadə etdikdə xəbər çox zaman 3-cü şəxsin cəmində olur:
Bəzən feili tərkibli cümlələrdə mübtəda ilə xəbər arasında sintaktik əlaqə düzgün qurulmur:
Yanlış: Atam biletləri ona verib öz yerimizdə oturduq.
Yanlış: Dərslikdə verilmiş mətni oxuyaraq müəllimin sualları cavablandırılır.
Yanlış: Bəzən bu sözləri də ara söz hesab edərək yazıda onlardan sonra vergül qoyulur.
Yanlış: Uşağın ayağı ilişib yıxıldı.
Mənbə:
İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.