ABŞ dövlətinin yaranmasında və formalaşmasında mühüm rol oynamış ictimai və siyasi xadimlər Qurucu atalar (The Founding Fathers) sayılır. Məşhur tarixçi Riçard B.Morris 1973-cü ildə aşağıdakı yeddi nəfəri Birləşmiş Ştatların ortaya çıxmasında həlledici fiqurlar kimi sıralamışdır: Con Adams, Bencamin Franklin, Aleksandr Hamilton, Con Cey, Tomas Cefferson, Ceyms Medison və Corc Vaşinqton.
Bunlardan dördü – Corc Vaşinqton, Con Adams, Tomas Cefferson və Ceyms Medison müxtəlif vaxtlarda ABŞ prezidentləri olublar. Con Cey ABŞ-nin Ali Məhkəməsinin ilk sədri, Hamilton ABŞ-nin ilk maliyyə naziri, Bencamin Franklin isə Müstəqillik Bəyannaməsini hazırlayanlardan və imzalayanlardan biri, həmçinin öz dövründə ABŞ-nin ən təcrübəli diplomatı kimi tarixə düşüb.