Reklam
Reklam
Тема: Dilçilik
Тема: Qrammatika
Автор: Rafiq İsmayılov

Sayla isim arasında qrammatik əlaqə

 

Müəyyən miqdar sayları ilə işlənən isimlər təkdə olur: beş kitab, üç əsgər. Bu birləşmələrdə ismə cəm şəkilçisinin artırılması tez-tez rast olunan xətadır:

Yanlış: Bu kompozisiya dörd əsas elementlərdən ibarətdir.

Düzgün: Bu kompozisiya dörd əsas elementdən ibarətdir.

 

Bir çox qeyri-müəyyən miqdar sayları (az, çox, xeyli) ilə işlənən isimlər də təkdə olur: bir neçə müəllim, çoxlu səhv. 

Yanlış: Az adamlar tapılar ki, buna inansın.

Düzgün: Az adam tapılar ki, buna inansın.

Yanlış: 500 minə yaxın qeyri-qanuni tikilən evlərin sənədləşdirilməsi niyə yubanır?

Düzgün: Qeyri-qanuni tikilən 500 minə yaxın evin sənədləşdirilməsi niyə yubanır?

 

Bir çox və ya bir sıra sayları ilə işlənən isimlər cəm şəkilçisi qəbul edir: 

Düzgün: Bu film bir çox kinoteatrlarda nümayiş etdirilmişdir.

Düzgün: Bir sıra yaşayış məntəqələrinə hələ də su çəkilməyib.

 

Yazıda tez-tez rast gəlinən xətalar:

Yanlış: Dəsmalın hər iki ucları şəkildəki kimi fokusçunun əlindən sallanır.

Yanlış: İki tərs keçilər körpünün üstündə qarşı-qarşıya gəldilər.

 

 

Mənbə:

İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.