Reklam
Reklam

1. Ərazisi (coğrafi mövqeyi)

Niger Afrika qitəsinin qərbində yerləşir və Liviya, Çad, Nigeriya, Benin, Burkina Faso, Mali Əlcəzairlə həmsərhəddir.

2. Dövlət quruluşu

Prezident respublikasıdır. Hazırda (2025-ci il) prezident Abdourahamane Tchianidir.

3. İqtisadiyyatı

İqtisadiyyatı əsasən kənd təsərrüfatımədən sənayesi üzərində qurulub. Ölkə dünyada ən böyük uran istehsalçılarından biridir. Neft hasilatı və qızıl çıxarılması da iqtisadiyyatın vacib sahələrindəndir. Ancaq ölkə ən kasıb dövlətlərdən biri sayılır və böyük ölçüdə beynəlxalq yardımlardan asılıdır.

4. İqlimi və təbiəti

Ölkə əsasən səhra və yarımsəhra iqliminə malikdir. Şimal hissəsi Sahara səhrası, cənub hissəsi isə Sahel zonasında yerləşir. Yay aylarında çox isti və quraq olur, temperatur 50°C-yə qədər çata bilər. Əsas su mənbəyi Niger çayıdır. Təbiəti əsasən qumlu səhralar, quru savannalar və tikanlı kolluqlardan ibarətdir.

5. Görməli yerləri

Ağadez şəhəri, Tenere səhrası, Niger çayı, W Milli Parkı və Air Dağları ölkənin əsas görməli yerlərindəndir.

6. Təhsil sistemi

Təhsil pulsuz və məcburidir, lakin savadlılıq səviyyəsi aşağıdır (təxminən 35-40%). Təhsil sistemi ibtidai, orta və ali təhsildən ibarətdir. Universitetlərin və peşə məktəblərinin sayı azdır. Kənd yerlərində təhsilə çıxış məhdud olduğu üçün xüsusilə qızların məktəbə getmə faizi aşağıdır.

Ölkənin əsas universitetləri: Abdou Moumouni Universiteti, İslam Universiteti, Agadez Universiteti, Zinder Universiteti, Maradi Universiteti.

7. Mədəniyyəti

Ölkənin mədəniyyəti müxtəlif etnik qrupların təsiri ilə formalaşıb. Hausa, Tuareg, Fulani və Zərma xalqlarının ənənələri geniş yayılıb. Ənənəvi musiqi və rəqslər, xüsusilə Tuareg və Hausa xalq musiqisi məşhurdur. Niger xalqı rəngarəng geyimlər, əl işi sənətkarlıq və dəvə yarışları kimi mədəni elementləri ilə tanınır.