Reklam
Reklam

1. Ərazisi (coğrafi mövqeyi)

Mərkəzi Avropada yerləşir, İtaliya, Avstriya, Macarıstan Xorvatiya ilə həmsərhəddir, cənub-qərbdə Adriatik dənizinə çıxışı var.

2. Dövlət quruluşu

Parlament respublikasıdır. Hazırda (2025-ci il) prezident Nataşa Pirc Musar, Baş nazir isə Robert Qolobdur. Prezident dövlət başçısıdır, əsasən simvolik rol oynayır, Baş nazir isə hökumətə rəhbərlik edir və icraedici hakimiyyətin başçısıdır.

3. İqtisadiyyatı

Ölkə inkişaf etmiş iqtisadiyyata malikdir. Avtomobil sənayesi, farmasevtika, kimya, informasiya texnologiyaları, metallurgiya və kənd təsərrüfatı əsas sahələrdir. İxracın əsas hissəsini avtomobil hissələri, elektrik avadanlıqları, dərman preparatları və qida məhsulları təşkil edir. Əsas ticarət tərəfdaşları Aİ ölkələri, xüsusilə Almaniya, İtaliya Avstriyadır.

4. İqlimi və təbiəti

Ölkə mülayim-qarışıq iqlim qurşağında yerləşir. Şimalında Alp iqlimi, mərkəzində kontinental iqlim, cənub-qərbində isə Aralıq dənizi iqlimi müşahidə olunur. Qışlar soyuq, yayı isə mülayim keçir. Sloveniyanın təbiəti zəngindir. Ölkənin təxminən 60%-i meşələrlə örtülüdür.

5. Görməli yerləri

Bled gölü, Lyublyana qalası, Postoyna mağarası, Predyama qalası, Triglav Milli Parkı, Piran şəhəri, Şkocjan mağaraları turistlərin diqqətini çəkir.

6. Təhsil sistemi

Təhsil sistemi üç əsas pillədən ibarətdir. İbtidai təhsil 6 yaşdan başlayır və 9 il davam edir. Məcburidir və pulsuzdur. Orta təhsil  ümumi orta məktəblər və peşə məktəbləri daxildir. 4 il davam edir. Ali təhsil universitetlər və kolleclər tərəfindən təmin edilir. Ölkə təhsil keyfiyyəti və əlçatanlığı baxımından Avropada yüksək yerlərdən birini tutur.

Ölkənin əsas universitetləri: Lyublyana Universiteti, Maribor Universiteti, Primorska Universiteti, Nova Goritsa Universiteti.

7. Mədəniyyəti

Mədəniyyəti Avropa, xüsusilə Avstriya, İtaliya və Balkan təsirlərinin qarışığıdır. Ənənəvi xalq musiqisi, rəqslər və festivallar geniş yayılıb. Ədəbiyyat və poeziya önəmli yer tutur, məşhur yazıçılar arasında France Preseren xüsusi seçilir. Memarlıqda qədim qalalar, barokko və qotik üslublu binalar üstünlük təşkil edir. Sloven kinosu və teatrı da inkişaf edib. Ölkədə bayramlar, xüsusilə Kurentovanje festivalı geniş qeyd olunur