Paytaxtı: Budapeşt şəhəri
Sahəsi: Təxminən 93,030 km²
Əhali sayı: Təxminən 9.6 milyon (2024)
Etnik tərkibi: Əhalinin əksəriyyətini macarlar təşkil edir. Azlıq qrupları arasında romlar, almanlar, slovaklar və serblər var.
Rəsmi dili: Macar dili
Valyutası: Macar forinti (HUF)
Mərkəzi Avropada yerləşir. Şimalda Slovakiya, şimal-şərqdə Ukrayna, şərqdə Rumıniya, cənubda Serbiya və Xorvatiya, qərbdə Avstriya və Sloveniya ilə həmsərhəddir.
Parlament respublikasıdır. Hazırda (2025-ci il) prezident Tamas Sulyokdur. Baş nazir isə Viktor Orbandir. Prezident dövlət başçısıdır, əsasən simvolik rol oynayır. Baş nazir isə hökumətə rəhbərlik edir və icraedici hakimiyyətin başçısıdır.
İqtisadiyyatı inkişaf etmiş və bazar yönümlü iqtisadiyyatdır. Əsas sektorları sənaye, xidmət və kənd təsərrüfatıdır. Sənayedə avtomobil istehsalı (Audi, Mercedes-Benz, Suzuki), maşınqayırma və elektronika ön plandadır. Kənd təsərrüfatında taxıl, günəbaxan, üzüm və meyvə yetişdirilir. Macar şərabçılığı məşhurdur. Almaniya, Avstriya və digər Avropa ölkələrinə avtomobil hissələri, elektronika və kənd təsərrüfatı məhsulları ixrac olunur.
Ölkə mülayim kontinental iqlimə malikdir. Yaylar isti və quru (ortalama +25°C), qışlar isə soyuq və qar yağışlı (-5°C-dək) olur. Ölkənin ərazisində Balaton gölü, Dunay və Tisa çayları yerləşir. Böyük Macar düzənliyi və meşəlik ərazilər təbiətini zənginləşdirir.
Budapeştdə Parlament binası, Buda qəsri, Balaton gölü, Eger qalası və Holloko tarixi kəndi turistlər üçün məşhur yerlərdəndir.
Ölkədə təhsil 3-16 yaş arası məcburidir. Ali təhsil bakalavr (3-4 il), magistr (1-2 il) və doktorantura (3+1 il) səviyyələrindədir. Budapeşt ELTE və Semmelweis Universitetləri məşhurdur. Ölkə beynəlxalq tələbələr üçün populyardır.
Ölkənin əsas universitetləri: Eötvös Loránd Universiteti, Semmelveis Universiteti, Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti, Debretsen Universiteti, Səged Universiteti, Korvinus Universiteti, Peç Universiteti.
Mədəniyyəti zəngin tarixi, musiqisi və mətbəxi ilə seçilir. Macar xalq musiqisi və çardaş rəqsi dünya miqyasında tanınır. Ölkə həmçinin Frans List, Bela Bartok və Zoltan Kodaly kimi məşhur bəstəkarları ilə məşhurdur. Ənənəvi macar mətbəxi isə "qulaş" (gulyas), "pörkölt" və "langos" kimi yeməklərlə tanınır. Budapeştin memarlıq abidələri, o cümlədən Parlament binası və Buda qəsri ölkənin zəngin mədəni irsini əks etdirir.