Reklam
Reklam

1. Ərazisi (coğrafi mövqeyi)

Mərkəzi Avropada yerləşir. Şimalda Slovakiya, şimal-şərqdə Ukrayna, şərqdə Rumıniya, cənubda Serbiya Xorvatiya, qərbdə Avstriya Sloveniya ilə həmsərhəddir.

2. Dövlət quruluşu

Parlament respublikasıdır. Hazırda (2025-ci il) prezident Tamas Sulyokdur. Baş nazir isə Viktor Orbandir. Prezident dövlət başçısıdır, əsasən simvolik rol oynayır. Baş nazir isə hökumətə rəhbərlik edir və icraedici hakimiyyətin başçısıdır.

3. İqtisadiyyatı

İqtisadiyyatı inkişaf etmiş və bazar yönümlü iqtisadiyyatdır. Əsas sektorları sənaye, xidmət və kənd təsərrüfatıdır. Sənayedə avtomobil istehsalı (Audi, Mercedes-Benz, Suzuki), maşınqayırma və elektronika ön plandadır. Kənd təsərrüfatında taxıl, günəbaxan, üzüm və meyvə yetişdirilir. Macar şərabçılığı məşhurdur. Almaniya, Avstriya və digər Avropa ölkələrinə avtomobil hissələri, elektronika və kənd təsərrüfatı məhsulları ixrac olunur.

4. İqlimi və təbiəti

Ölkə mülayim kontinental iqlimə malikdir. Yaylar isti və quru (ortalama +25°C), qışlar isə soyuq və qar yağışlı (-5°C-dək) olur. Ölkənin ərazisində Balaton gölü, DunayTisa çayları yerləşir. Böyük Macar düzənliyi və meşəlik ərazilər təbiətini zənginləşdirir.

5. Görməli yerləri

Budapeştdə Parlament binası, Buda qəsri, Balaton gölü, Eger qalasıHolloko tarixi kəndi turistlər üçün məşhur yerlərdəndir.

6. Təhsil sistemi

Ölkədə təhsil 3-16 yaş arası məcburidir. Ali təhsil bakalavr (3-4 il), magistr (1-2 il) və doktorantura (3+1 il) səviyyələrindədir. Budapeşt ELTE və Semmelweis Universitetləri məşhurdur. Ölkə beynəlxalq tələbələr üçün populyardır.

Ölkənin əsas universitetləri: Eötvös Loránd Universiteti, Semmelveis Universiteti, Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti, Debretsen Universiteti, Səged Universiteti, Korvinus Universiteti, Peç Universiteti.

7. Mədəniyyəti

Mədəniyyəti zəngin tarixi, musiqisi və mətbəxi ilə seçilir. Macar xalq musiqisi və çardaş rəqsi dünya miqyasında tanınır. Ölkə həmçinin Frans List, Bela Bartok Zoltan Kodaly kimi məşhur bəstəkarları ilə məşhurdur. Ənənəvi macar mətbəxi isə "qulaş" (gulyas), "pörkölt" və "langos" kimi yeməklərlə tanınır. Budapeştin memarlıq abidələri, o cümlədən Parlament binasıBuda qəsri ölkənin zəngin mədəni irsini əks etdirir.