alm. absatz – məsafə qoymaq
1. Məzmunca tam, bitmiş fikir ifadə edən mətn parçası.
A. mətnin bir, yaxud bir neçə cümlədən ibarət hissəsidir və kompozisiya, materialın asan oxunması, ritmik səslənməsi, bəzən də ayrı-ayrı fikirlərin vurğulanması baxımından mühüm əhəmiyyətə malikdir. Jurnalistikanın bir çox janrlarında, məsələn, köşə yazılarında materialın qavranılmasını asanlaşdırmaq üçün onu qısa abzaslara bölmək tövsiyə edilir.
2. Yazıda yeni fikrin başlandığı sətrin əvvəli; məs.: yeni abzasdan yazmaq.
Jurnalistika terminləri lüğəti