Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

abzas

alm. absatz – məsafə qoymaq

1. Məzmunca tam, bitmiş fikir ifadə edən mətn parçası.

A. mətnin bir, yaxud bir ne­çə cümlədən ibarət hissəsidir və kompozisiya, materialın asan oxunması, ­rit­­mik səslənməsi, bəzən də ayrı-ayrı fikirlərin ­vur­­­­ğulanması baxımından mühüm əhə­miy­yə­tə malikdir. Jurnalistikanın bir çox janr­­­­­larında, məsələn, köşə yazılarında ­ma­­terialın qavranılmasını asanlaşdırmaq üçün onu qısa abzaslara bölmək tövsiyə edilir. 

2. Yazıda yeni fikrin başlandığı sətrin əvvəli; məs.: yeni abzasdan yazmaq.

Jurnalistika terminləri lüğəti