Reklam
Reklam

Etimologiya lüğəti

Alosman

Aşıq poeziyasında bir-birinə oxşar olan al osman al asiman sözləri işlədilir. Birincisi Türkiyə (Osman eli), ikincisi asiman (səma) sözü ilə bağlıdır. Tür­kiyə ilə bağlı Osman sözünün əvvəlində işlədilən al sözü el sözünün dəyişmiş formasıdır (el osman, yəni “osman eli”), ikincidəki al sözü isə ulu sözünün təhrifidir: “ulu səma, səmanın dərinlikləri, böyüklüyu”anlamında işlədilir. Al sözü­nün “nəsil” mənası da var Alosman “Osman nəsli” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti