Aşıq poeziyasında bir-birinə oxşar olan al osman və al asiman sözləri işlədilir. Birincisi Türkiyə (Osman eli), ikincisi asiman (səma) sözü ilə bağlıdır. Türkiyə ilə bağlı Osman sözünün əvvəlində işlədilən al sözü el sözünün dəyişmiş formasıdır (el osman, yəni “osman eli”), ikincidəki al sözü isə ulu sözünün təhrifidir: “ulu səma, səmanın dərinlikləri, böyüklüyu”anlamında işlədilir. Al sözünün “nəsil” mənası da var Alosman “Osman nəsli” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti