Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

altimetr

lat. altus – hündür + yun. metron – ölçürəm

Hündürlüyü ölçmək üçün, əsasən, uçuş aparatlarında istifadə olunan cihaz.

İş prinsipinə uyğun olaraq hündürlüyü təzyiq fərqinə görə ölçən A.-ə barometrik A., elektromaqnit dalğalarının əks olunduğu vaxta görə ölçən A.-ə radiotexniki A. deyilir.

Coğrafiya terminləri lüğəti