yun. amazones < a – inkar bildirən nitq hissəsi + mazos – süd vəzisi (qədim rəvayətə görə, A. kamandan daha rahat tutmaq və sərrast ox atmaq məqsədilə sağ süd vəzilərini yandırırdılar)
Qədim yunan mifologiyasında Kiçik Asiyada, Qafqazın Qara dəniz sahillərində, eləcə də Azov dənizi ətrafında məskunlaşmış və qonşu ölkələrə yürüşlər edən cəngavər qadınlar.
Herodot, Plini, Vergili, Stephanos kimi tarixçilər Temiskiray (Terma) bölgəsinin A.-ın ana yurdu olduğunu qeyd edirlər. Qafqaz A.-ı haqqında əfsanələr məlumdur. Onların romalılara qarşı mübarizədə Qafqaz albanlarına yardım etməsi barədə rəvayətlər də var. “Dədə Qorqud” dastanında A. “alp qızları” kimi göstərilir. Bir sıra mənbələrdə A.-ın Azərbaycan ərazisində də yaşadıqları iddia olunur.
Tarix terminləri lüğəti