Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

anemometr

yun. anemos – külək + yun. metron – ölçürəm

Küləyin, həmçinin tunellərdə, borularda hava və qaz axınlarının sürətini ölçən cihaz.

Müxtəlif A.-lər mövcuddur, lakin dinamik və statik sistemli A.-lər daha geniş yayılıb. Dinamik A. küləyin sürətini cihazın qanadlı təkərciyinin fırlanma tezliyinə görə ölçür. Statik A. isə sürəti küləyin xüsusi lövhəciyə göstərdiyi təzyiq əsasında müəyyənləşdirir.

Coğrafiya terminləri lüğəti