alm. anschluβ – birləşdirmə, ittifaq
I Dünya müharibəsindən sonra Almaniyanın Avstriyanı zorla özünə birləşdirmək siyasəti.
Avstriyada da bir çox siyasi dairələrin dəstək verdiyi bu siyasəti həyata keçirmək üçün müharibədən dərhal sonra bir sıra cəhdlər göstərilsə də, Versal (1919) və Sen-Jermen sülh müqavilələri (1919) A.-ü qadağan edib. 1933-cü ildə alman nasistlərinin hakimiyyətə gəlməsinin ardınca belə cəhdlər yenidən intensivləşib və nəhayət, 1938-ci il martın 12–13-də keçirilən plebissitin nəticələrinə görə, Avstriya rəsmən Almaniyanın tərkibinə qatılıb. Antihitler koalisiyasının II Dünya müharibəsindəki qələbəsindən sonra 1945-ci ildə Avstriyanın dövlət müstəqilliyi bərpa olunub. 1955-ci ildə antihitler koalisiyasının aparıcı dövlətləri – ABŞ, Böyük Britaniya, Fransa və SSRİ ilə Avstriya arasında imzalanan müqavilədə A. qadağan edilib.
Tarix terminləri lüğəti