Reklam
Reklam

Tarix terminləri lüğəti

antlar

yun. antai

IV–VI əsrlərdə Dnestr və Dnepr çayları arasındakı meşə-çöl zonasında yaşamış şərqi slavyan tayfalarının Bizans mənbələrindəki adı.

A. digər slavyan tayfaları ilə birlikdə V–VI əsrlərin qovşağında Bizans imperiyasına qarşı mübarizəyə başlayıb və bu, son nəticədə Balkan yarımadasının slavyanlarla məskunlaşmasına gətirib çıxarıb. A.Popov, V.Mavrodin, bir sıra digər rus tarixçilərinin fikrincə, A. etnonimi türkcə ant (and) sözündən yaranıb.

Tarix terminləri lüğəti