Reklam
Reklam

Fizika terminlər lüğəti

APERTUR lat. apertura – deşik

Optik sistemin diafraqma və ya linzaların ölçüləri ilə təyin olunan deşiyi.

Bucaq A.-u optik sistemə daxil olan konusvarı işıq dəstəsinin kənar şüaları arasındakı 2α bucağı ilə, ədədi A. isə n sin⁡α ilə ifadə olunur (n – cismin olduğu mühitin sındırma əmsalıdır). Ədədi A. böyük olduqca, xəyalın parlaqlığı və optik cihazın ayırdetmə qabiliyyəti də artır.

Fizika terminlər lüğəti