Optik sistemin diafraqma və ya linzaların ölçüləri ilə təyin olunan deşiyi.
Bucaq A.-u optik sistemə daxil olan konusvarı işıq dəstəsinin kənar şüaları arasındakı 2α bucağı ilə, ədədi A. isə n sinα ilə ifadə olunur (n – cismin olduğu mühitin sındırma əmsalıdır). Ədədi A. böyük olduqca, xəyalın parlaqlığı və optik cihazın ayırdetmə qabiliyyəti də artır.
Fizika terminlər lüğəti