Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

aşırım

Dağ massivində və ya dağların qovşağında, yalında keçid üçün əlverişli, nisbətən alçaq sahə.

A., əsasən, dağ çuxurlarında, nadir halda isə təpə və zirvələrin maili yamaclarında olur. A.-da avtomobil və dəmir yolları salınır, onların bəzilərində isə ensiz cığırlar ancaq yük heyvanları və insanların piyada gəliş-gedişi üçün yarayır. Zəngəzur və Dərələyəz sıra dağlarının qovşağında yerləşən Biçənək A.-ı, şimalda Qərbi Savalan A.-ı, Ağsu yaxınlığında Ağsu A.-ı ayrı-ayrı bölgələr arasında əlaqə saxlamaq üçün Azərbaycanda tarixən istifadə olunan A.-lardandır.

Coğrafiya terminləri lüğəti