Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

astroterfinq

ing. astroturf – idman mey­dançası üçün süni ot

Süni ictimai rəyin yaradılması və dəstəklənməsi prosesi.

Bu prosesin aparıcı qüvvəsini təşkil edən rek­lam şirkəti, siyasi partiya, dini icma və s. maskalanır. Auditoriyada belə təsəvvür ya­ranır ki, kampaniya ideyanı, yaxud məhsulu bəyənmiş insanlar tərəfindən könüllü apa­rılır, nəticədə informasiyaya etimad artır. İnternet – A. üçün ən geniş platformadır. Bu­rada prosesi mürəkkəb proqramlardan istifadə edən bir şəxs də yönəldə bilir. O, müxtəlif adlar altında çıxış edir, fərqli ünvanlardan mesajlar göndərir, şəbəkədə tən­qidi fikirləri lazım olan mətnlərlə əvəz­ləyir.

Jurnalistika terminləri lüğəti