ing. astroturf – idman meydançası üçün süni ot
Süni ictimai rəyin yaradılması və dəstəklənməsi prosesi.
Bu prosesin aparıcı qüvvəsini təşkil edən reklam şirkəti, siyasi partiya, dini icma və s. maskalanır. Auditoriyada belə təsəvvür yaranır ki, kampaniya ideyanı, yaxud məhsulu bəyənmiş insanlar tərəfindən könüllü aparılır, nəticədə informasiyaya etimad artır. İnternet – A. üçün ən geniş platformadır. Burada prosesi mürəkkəb proqramlardan istifadə edən bir şəxs də yönəldə bilir. O, müxtəlif adlar altında çıxış edir, fərqli ünvanlardan mesajlar göndərir, şəbəkədə tənqidi fikirləri lazım olan mətnlərlə əvəzləyir.
Jurnalistika terminləri lüğəti