Geniş ərazilərdə iqlimin formalaşmasına təsir göstərən alçaq və yüksək təzyiq sahələri.
Atmosferin əsas sabit hərəkət mərkəzləri bunlardır: ekvatorial depressiya (minimum); İslandiya minimumu; Aleut minimumu; Cənub mülayim en dairələri minimumu; Azor antisiklonu (maksimumu); Havay maksimumu; Cənubi Atlantika maksimumu; Cənubi Sakit okean maksimumu; Cənubi Hind maksimumu; Arktika maksimumu; Antarktika maksimumu. Bu daimi mərkəzlərdən başqa, materiklərdaxili ərazilərin yayda qızması, qışda soyuması ilə əlaqədar qapalı barik sahələr yaranır ki, onlara da mövsümi A.H.M. deyilir (Asiya maksimumu, Kanada maksimumu, Cənubi Asiya minimumu və s.).
Coğrafiya terminləri lüğəti