lat. avunculus – dayı
Dayı ilə bacıoğlu arasında xüsusi münasibətlərə əsaslanan ənənə.
A.-ın mahiyyətini bacıoğlunun dayının daimi himayəsi və müdafiəsi altında olması, onun vərəsəsi və ya vərəsələrindən biri hüququna yiyələnməsi və s. təşkil edir. Güman edilir ki, A. cəmiyyətin ana nəslindən ata nəslinə keçid dövründə yaranıb. İnsanın ana nəslinə daha yaxın olmasının göstəricisi olan A.-a bir çox qədim xalqlarda, eləcə də müasir dövrdə Okeaniya və Afrikada yaşayan tayfalar arasında rast gəlinir. Bəzi mülahizələrə görə, “Yaxşı igid dayısına çəkər”, “Vuran igid dayısına baxmaz” və s. atalar sözləri A.-ın vaxtilə Azərbaycanda da yayıldığını göstərir.
Tarix terminləri lüğəti