Reklam
Reklam

Tarix terminləri lüğəti

Baqrationlar

IX–XIX əsrlərdə Gürcüstanda çar sülaləsi.

B. mənşəcə Sper (Türkiyədə müasir İspir) əyalətindən olublar. VI–VIII əsrlərdə Kartlidə hakim mövqe tutan B. IX əsrin I yarısında Cənubi Gürcüstanda güclü Tao-Klarceti knyazlığı yaradıblar. B.-ın görkəmli nümayəndələri Qurucu David (1089–1125), III Georgi (1156–1184) və Tamara (1184–1213) olub. Vahid Gürcüstan dövlətinin süqutundan sonra, XV əsrin sonlarından başlayaraq B. Kartli, Kaxeti və İmeretiya çarlıqlarında hökmranlıq ediblər. 1801-ci ildə Gürcüstanın Rusiya tərəfindən ilhaqından sonra B.-ın hakimiyyətinə son qoyulub.

Tarix terminləri lüğəti