Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

barata1

Qazax

Mirat (ölmüş adamın paltarı və ya şeyləri). □ Qulamalı yolda ölüf, baratasını gətdilər.

barata2

Çənbərək, Qarakilsə, Salyan, Zəngilan

İz, nişanə. □ Ay çovan, qoynu canavar yeyif, bə niyə baratasın çıxartmırsan (Çənbərək); Quzunu canavar yeseydi, baratası tapılardı (Zəngilan); Canavar yiyən heyvanın baratası qalar (Salyan); Baratanı tapsaydı, aparıp verərdi yə:sinə (Qarakilsə).

barata3

Naxçıvan

Palçıq layı. □ Barata kəsdim, vırdım dufara.

barata4

Cəbrayıl

Köhnə, istifadə olunmuş.

barata5

Cəbrayıl

Bax: balata2.

Azərbaycan dilinin dialektoloji lüğəti