Qazax
Mirat (ölmüş adamın paltarı və ya şeyləri). □ Qulamalı yolda ölüf, baratasını gətdilər.
Çənbərək, Qarakilsə, Salyan, Zəngilan
İz, nişanə. □ Ay çovan, qoynu canavar yeyif, bə niyə baratasın çıxartmırsan (Çənbərək); Quzunu canavar yeseydi, baratası tapılardı (Zəngilan); Canavar yiyən heyvanın baratası qalar (Salyan); Baratanı tapsaydı, aparıp verərdi yə:sinə (Qarakilsə).
Naxçıvan
Palçıq layı. □ Barata kəsdim, vırdım dufara.
Cəbrayıl
Köhnə, istifadə olunmuş.
Cəbrayıl
Bax: balata2.
Azərbaycan dilinin dialektoloji lüğəti