Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

başıbağlı [başıbağlı] sifət

1. Başı örtülü halda olan; hicablı. Başıbağlı qadın.
2. Ağzıbağlı, düyünlənmiş; örtülü, qapalı. Qəhrəman bu təzə düzələn dəftərxanaya girsə, yuxarıdan başıbağlı gələn kağızları açar, oxuyar, özü də o kişilərin elmlərini öyrənə bilər. (S.Rəhimov).
3. Beh verilmiş, satılmış, lakin hələlik aparılmamış (mal və s. haqqında).
4. İstifadəsi, toxunulması rəsmi surətdə qadağan olunmuş. Başıbağlı mal. Başıbağlı mülk.
5. Məcazi mənada: evli, ailəli, arvadı olan.

Azərbaycan dilinin izahlı lüğəti