1. Başı örtülü halda olan; hicablı. □ Başıbağlı qadın.
2. Ağzıbağlı, düyünlənmiş; örtülü, qapalı. □ Qəhrəman bu təzə düzələn dəftərxanaya girsə, yuxarıdan başıbağlı gələn kağızları açar, oxuyar, özü də o kişilərin elmlərini öyrənə bilər. (S.Rəhimov).
3. Beh verilmiş, satılmış, lakin hələlik aparılmamış (mal və s. haqqında).
4. İstifadəsi, toxunulması rəsmi surətdə qadağan olunmuş. □ Başıbağlı mal. Başıbağlı mülk.
5. Məcazi mənada: evli, ailəli, arvadı olan.