türk. başıbozuk – hərfi tərcüməsi “başdan xarab” olsa da, “idarəolunmaz”, “qeyri-mütəşəkkil” mənalarında işlənib
Osmanlı imperiyası dövründə nizami ordunun tərkibinə daxil olmayan könüllülər dəstəsinin döyüşçüsü.
Hökumət onları ərzaq və silahla təchiz etsə də, B. dövlətdən məvacib almayıblar. Avropa ölkələri ilə aparılan müharibələrdə B.-dan istifadə taktikası, adətən, özünü doğrultmayıb. Onların döyüş qabiliyyətini artırmaq və nizam-intizamını möhkəmlətmək üçün dəvət olunan Avropa generallarının səyləri də bir nəticə verməyib. B.-ın dinc əhaliyə qarşı soyğunçuluq və zorakılığının qarşısını almaq məqsədilə çox vaxt türk nizami qoşunları onları tərk-silah etmək üçün cəlb olunub. Bu səbəblərdən 1877–1878-ci illər rus-türk müharibəsindən sonra B. dəstələri ləğv edilib.
Tarix terminləri lüğəti