Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

baxşi

sanskrit. bhikşu – müəllim, ustad

1. Bir çox türk xalqlarında özünü dütarda müşayiət edən şair-nəğməkar.

Kütləvi savadsızlıq dövründə özbək, qazax, qırğız, uyğur, türkmən və qaraqalpaq xalqlarında B.-lər xalq eposunun qoruyucusu olub, musiqi və folklor ənənələrinin nəsildən nəslə ötürülməsində böyük rol oynayıblar. Qaraqalpaqlarda və qazaxlarda bu termin “baksı” şəklində işlənir.

2. Şamanizmdə həkim-cadugər.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti