1. Hər misrası 7 hecadan ibarət 4 misralıq şeir forması.
Bayatıda 3-cü misra sərbəst, qalanları isə həmqafiyə olur. Əsas fikir son 2 misrada ifadə edilir. Adətən, «əzizim», «əzizinəm», «mən aşiq», «aşiqəm», «eləmi» sözləri ilə başlanır:
Əzizim, tala yeri,
Bürc yeri, qala yeri.
Qiyamət o gün qopar,
El köçə, qala yeri.
2. Azərbaycan xalq musiqisində həzin hava adı.
Həzin melodiya və havalara da bayatı deyilir. Bəzi muğam adları «bayatı» sözü ilə bağlıdır: «Bayatı-Şiraz», «Bayatı-Qacar» və s.
İbtidai siniflər üçün terminlər lüğəti