Reklam
Reklam

Tarix terminləri lüğəti

Berlin divarı

alm. Berliner Mauer – Berlin divarı, rəsmi adı: Antifaschistischer Schutzwall – antifaşist müdafiə səddi

Qərbi Berlin ətrafında çəkilmiş hündür beton divar.

Almaniya Demokratik Respublikasının (ADR) əhalisinin Almaniya Federativ Respublikasına (AFR-ə) mühacirət etməsinin qarşısını almaq məqsədilə Varşava Müqaviləsi Təşkilatının iştirakçısı olan dövlətlərin qərarına əsasən, 1961-ci il avqustun 13-dən noyabrın 9-na kimi inşa edilib və ümumi uzunluğu 155 km olub. Qərb ölkələrində B.D. “Rüsvayçılıq divarı” adlanıb. 1989-cu ildə ADR-dəki “məxməri inqilab” və 1990-cı ilin oktyabrında ADR-in bütün vilayətlərinin AFR tərkibinə daxil olmasından sonra bir neçə ay ərzində sökülüb. Bəzi fraqmentləri gələcək nəsillər üçün abidə şəklində saxlanıb.

Tarix terminləri lüğəti